“Ən böyük arzum oğlum Tamerlanın sağlam olmasıdır, sənətlə bağlı arzular...”-FOTO+ÖZƏL
Ekskluziv
238
21:16, Bu gün

“Ən böyük arzum oğlum Tamerlanın sağlam olmasıdır, sənətlə bağlı arzular...”-FOTO+ÖZƏL

“Bu həyatda mənə ən vacib olan məsələlərdən biri övladlarımın, ələxsus oğlum Tamerlanın sağlam olmasıdır. Ailəm hər zaman yanımda olsun. Bir də məni səmimi-qəlbdən istəyən insanlar var. Vacib deyil ki, doğma olsunlar. Doğma ata-ana olmayan çox yaxşı qardaşlar da görmüşəm həyatda. Ona görə də mənə yaxın olan, məni anlayan, məni düşünən, məni nəyəsə görə qəbul edən yox, özüm olduğum üçün qəbul edən insanlar həmişə yanımda olub. Mən də onların yanındayam. Ona görə də bu günümə şükür deyirəm. Arzu edirəm ki, indi ətrafımda kim varsa, onlar da hər zaman mənim ətrafımda olsunlar”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnur Kərimov deyib. O daha sonra teatrda arzuladığı bütün rolları oynadığını bildirib:


“26 ildir ki, teatrdayam, səhnədəyəm. Heç bir rolu arzulamıram. Mənə verilən obrazları gözəl yaratmaq arzusundayam. Rejissorların etimadını doğrultmaq, tamaşaçıların sevgisini qoruyub-saxlamaq istəyirəm. Arzum budur. O ki, qaldı kino fəaliyyətimə.. Azərbaycan kinosunun inkişaf dövrü başlayıb. Hazırda kino və kinonun inkişafı istiqamətində çox işlər görülməkdədir. Gənc rejissorların inkişafı istiqamətində gözəl layihələr həyata keçirilir. Beynəlxalq festivallardan Azərbaycan filmlərinin adının səslənməsi bizi yalnız qürurlandırır. Azərbaycan istedadlar yurdudur. Ona görə də hər hansı bir filmə mən də dəvət edilsəm, təsdiqlənsəm böyük sevgi ilə işimi görərəm. Kinoda çalışan insanlara uğurlar arzulayıb, dəstək oluram” deyə aktyor bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər