Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna ordusunun "Skala" alayının "Şkval" taboru Dnepropetrovsk və Donetsk vilayətlərinin inzibati sərhəddində uğurlu hücum əməliyyatı keçirərək Filiya kəndini ruslardan azad edib.
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
"Nəticədə Filiya kəndi rus işğalçılarından azad edilib. Orada yenidən Ukrayna bayrağı dalğalanır", - alayın hesabatında belə deyilir.
Qeyd olunur ki, rus diversiya qrupuna “piar kampaniyası” keçirmək – kənddəki binalardan birində Rusiya bayrağını asmaq tapşırılıbmış.
" "Skala" döyüşçülərinə təxribat qrupunu məhv etmək və Ukrayna bayrağını kəndə qaytarmaq tapşırılıb", - döyüşçülərin hekayəsində belə deyilir.
Ukrayna həmlə qoşunlarının iki qrupu kəndə daxil olaraq atıcı silah və qumbaraatanlardan istifadə etməklə məntəqəni ruslardan təmizləyib. Bundan sonra yaxınlıqdakı bölmələrdən möhkəmləndirici birləşmələr mövqeləri əldə saxlamaq üçün Filiyaya daxil olublar.
Döyüşçülər bildiriblər ki, düşmənlə əsas toqquşmalar binalarda deyil, əsasən yaşıllıqlarda baş verib. Rusiya təxribatçıları daima dronlarla Ukrayna həmlə qruplarını məhv etməyə çalışsalar da, yalnız bir döyüşçünü yaralaya biliblər.
Döyüş tapşırığından qayıdarkən həmlə qruplarından biri yenidən düşmənlə toqquşub və bir işğalçını məhv edib.
Xatırladılır ki, sentyabrın 2-də “Skala” döyüşçüləri Donetsk vilayətinin Udaçnoye kəndini də azad edərək, Rusiyanın bütün dayaq məntəqələrini darmadağın ediblər.
Həmçinin Müdafiə Qüvvələri bu günlərdə Donbassdakı döyüşlər zamanı Novoekonomiçeskoye kəndini də rus işğalçılarından azad edib.