“NATO-ya hücum Rusiya üçün özünəqəsd deməkdir”
Ekskluziv
475
15:20, Bu gün

“NATO-ya hücum Rusiya üçün özünəqəsd deməkdir”

“NATO-ya hücum Rusiya üçün özünəqəsd deməkdir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, Rusiyanın indiki halda NATO-ya hücumu məntiqə ziddir:

“Rusiya dördüncü ildir ki, Ukraynada ağır və üzücü müharibə aparır. Bu müharibədə Rusiya həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verməkdədir. Müharibə Rusiya iqisdiyaytına da böyük zərbə vurur. Bütün bu itkilər fonunda Rusiya Ukraynanın yalnız 20%-ni işğal edə bilib. Belə olan halda Rusiyanın hansısa NATO dövlətinə hücum etməsi, NATO ilə açıq hərbi qarşıdurmaya getməsi mümkünsüzdür. Rusiyanın bunun üçün yetərincə qüvvəsi yoxdur. Rusiya belə bir müharibəyə başlayasra, bu, onun üçün faciəvi nəticələrlə yekunlaşar. Buna görə də hesab edirəm ki, Rusiya belə bir səhvə yol verməyəcək”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər