Ekskluziv
689
08:46, Bu gün

"Starmer Britaniyanı Birləşmiş İslam Krallığına çevirib"- Netanyahunun oğundan sərt bəyanat

İsrail baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu İsrailin Dohadakı "HƏMAS" liderlərinə hücumunu pislədiyi üçün Britaniyanın baş naziri Kir Starmeri kəskin tənqid edib.
 
Moderator.az "Yerusalem posta" istinadla xəbər verir ki,  Y.Netanyahu "X/Twitter" səhifəsində yazıb. 
 
“Söz azadlığını əsl Corc Oriel üslubunda sıxışdırmaqla ölkəsini Birləşmiş İslam Krallığına çevirən kommunist Kir Starmer indi də qətərli himayədarlarının qayğısına qalır”, - Netanyahunun oğlu bəyan edib.
 
Yair bundan əvvəl də Qətəri tənqid edib. Avqustun əvvəlində o, Qətəri “müasir nasist Almaniyası” adlandırıb.
 
Netanyahu yazıb: 
 
“Qətər 1930-1940-cı illərdən bəri dünyada misli görünməmiş antisemitizm dalğasının arxasında duran əsas qüvvədir... Dünyadakı hər bir yəhudi onilliklər ərzində Qətər tərəfindən yəhudilərə və Yəhudi Dövlətinə yönəldilən milyardlarla dollarla hesabına böhtan atması səbəbindən ciddi təhlükə altındadır."
 
Netanyahu həmçinin Qətər əmiri Təmim bin Həməd A-Tani və anası Şeyx Moza bint Nasir əl-Misnedə amansızcasına hücum edərək onları “müasir Hitlerlər və Gebbelslər” adlandırıb.
 
Xatırladaq ki, Böyük Britaniya İsrailin hərəkətlərinə qarşı çıxış edən bir çox ölkələrdən biri olub. Starmer bəyan edib ki, növbəti zorakılığa qarşı yeganə qabaqlayıcı tədbir “dərhal atəşkəs, girovların azad edilməsi və Qəzzaya yardımın əhəmiyyətli dərəcədə artırılması olmalıdır”.
 
Starmer bazar ertəsi günü Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla danışıqlar aparıb, Qəzzadakı müharibə və atəşkəs zərurətini, həmçinin Birləşmiş Krallığın BMT Baş Assambleyasında Fələstin dövlətçiliyinin tanınması vədini müzakirə edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər