“NATO ilə qarşıdurma Rusiya üçün faciə olar”
Ekskluziv
482
16:48, Bu gün

“NATO ilə qarşıdurma Rusiya üçün faciə olar”

Son vaxtlar Ukraynanı hədəf alan Rusiya dronlarının Polşa səmasına daxil olması halları artmaqdadır.

Maraqlıdır, bu cür halların davam etməsi Polşa-Rusiya münasibətlərini daha da gərginləşdirə və Avropada yeni bir qarşıdurmaya səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli, Polşanın NATO ölkəsi olduğunu xatırladıb. Ekspert qeyd edib ki, Rusiyanın Polşaya hər hansı hücumu onun NATO ilə qarşıdurması demək olacaq ki, bu da Kreml üçün yaxşı heç nə vəd etmir:

“Polşa NATO üzvü və anti-Rusiya koalisiyasının ən fəal dövlətlərindəndir. Rusiya işğalına qarşı mübarizədə Ukraynaya ciddi dəstək verir. Əgər Rusiya Polşaya qarşı hər hansı hücum reallaşdırarsa, bu, onun NATO ilə açıq qarşıdurmasına çevrilə bilər. NATO isə Rusiya ilə müqayisədə mühüm hərbi üstünlüyə malikdir. Bu səbəbdən də NATO ilə qarşıdurma Rusiya üçün faciə olar”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər