10 rus PUA-sı NATO səmasına girdi!..-Silahlar işə düşdü!..-Aeroportlar bağlandı!..-
Ekskluziv
836
06:26, Bu gün

10 rus PUA-sı NATO səmasına girdi!..-Silahlar işə düşdü!..-Aeroportlar bağlandı!..-"AVAKS" havaya qalxdı!..-Konqresmen Trampı qətiyyətə çağırdı!..

NATO üzvü olan Polşada sentyabrın 10-na keçən gecə Rzeşov, Lyublin və Varşava hava limanları üzərindəki hava məkanı “planlaşdırılmamış hərbi fəaliyyət” səbəbindən bağlanıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə aviasiya xidmətlərinin məlumatlandırma saytındakı mesajda deyilir.
 
Hər üç halda hava limanlarının “planlaşdırılmamış hərbi fəaliyyət” səbəbindən bağlandığı göstərilir.
 
Polşa səmasına "F-16" qırıcıları, həmçinin "SAAB" -340"("AVAKS")  super radilolasiya təyyarəsi qaldırılıb.
 
"Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı təsdiq edib ki, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı bütün zəruri prosedurları işə salıb.

Obyektlərin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Silahlı Qüvvələrin Əməliyyat Qərargahı komandanının əmri ilə silah-sursatdan istifadə edilib, xidmətlər tərəfindən vurulmuş obyektlərin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Hərbi əməliyyatın davam etdiyini vurğulayırıq və sizi evdə qalmağa çağırırıq. Podlaskoe, Mazovetskoe və Lüblin voyevodaları ən böyük təhlükə altındadır"- "Ukrainskaya pravda"nın yazdığına görə, Polşa hərbi komandanlığının bəyanatında belə deyilir.

Monitorinq kanalları Polşaya Volın və Lvov vilayətlərindən bir neçə pilotsuz təyyarənin uçduğunu bildirir.
 
"UNİAN"-ın məlumatına görə, bəzi mənbələrə sentyabrın 10-na keçən gecə Ukrayna hava məkanından Polşa istiqamətində 10-a yaxın hücum pilotsuz uçuş aparatı uçub.
 
"Korrespondent" nəşri isə  xəbər verir ki, ABŞ konqresmeni Co Vilson Rusiya pilotsuz təyyarələrinin Polşa səmasında peyda olmasından sonra ABŞ-ın qətiyyətli addım atmasının vacibliyini vurğulayıb. O, prezident Donald Trampı Kremlə qarşı sərt sanksiyalar tətbiq etməyə və Ukraynaya hərbi yardımı artırmağa çağırıb. Bu barədə o, çərşənbə günü, sentyabrın 10-da "X" sosial şəbəkəsində yazıb.
Link kopyalandı!
Son xəbərlər