Ekskluziv
629
08:31, Bu gün

"SEPAH" bazasında güclü partlayış: tüstü onlarla km uzaqdan görünür...-VİDEO

İran mənbələri İsfahan şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi bazasında güclü partlayış baş verdiyini bildirir. Ölkə hakimiyyəti partlayışın səbəbini açıqlamayıb.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
 
İsfahan bölgəsindəki "SEPAH" bazası bu hərbi birləşmənin əsas infrastruktur obyektlərindən biri hesab olunur. Burada silah anbarları və müdafiə sənayesi elementləri, eləcə də raket proqramı ilə bağlı obyektlər cəmləşib. 12 günlük müharibə zamanı İsrail İranın hərbi obyektlərinə zərbələr endirərkən bu baza da hədəflər siyahısında olub və xarici KİV-in məlumatına görə, İsrail ordusu tərəfindən hücuma məruz qalıb.
 
Bugünkü partlayış yerli sakinlər arasında çaxnaşma yaradıb: şahidlər İsfahanın kənarından görünən tüstü buludları ilə müşayiət olunan güclü zərbənin olduğunu bildirirlər. Sosial şəbəkələr qışqırıq və sirenləri göstərən videolarla doludur.
 
Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi təsdiq yoxdur. İran hakimiyyəti "texniki nasazlıq" haqqında ümumi açıqlamalarla məhdudlaşır, lakin ekspertlər nə daxili insident, nə də mümkün hücumu istisna etmirlər.
 
Bundan əvvəl media İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölkənin ərzaq təchizatı sisteminin çökməsi riskindən danışdığını yazıb. Prezident Məsud Pezeşkian və kabinet üzvləri ilə görüşdə o, təcili olaraq strateji ərzaq ehtiyatlarının yaradılmasına çağırıb.
 
Xamneyi qeyd edib ki, İran xarici təchizatın sabitliyinə arxalana bilməz. Onun sözlərinə görə, bu gün idxalı asan olan mallar sabah əlçatmaz ola bilər və ölkə həyati vacib resursların çatışmazlığı ilə üzləşə bilər. “Risklər müxtəlifdir və biz həmişə onları qabaqcadan görmək iqtidarında deyilik”, - deyə o vurğulayıb və əlavə edib ki, ərzaq ehtiyatlarının minimum səviyyəsi əhalini gözlənilməz sarsıntılardan qorumaq üçün kifayət olmalıdır.
 

 

Link kopyalandı!
Son xəbərlər