Tramp Putindən asılıdır və diktatorun onu tərifləməsindən ötrü ölür... – Siyasi psixoloq
Ekskluziv
834
06:54, Bu gün

Tramp Putindən asılıdır və diktatorun onu tərifləməsindən ötrü ölür... – Siyasi psixoloq

ABŞ prezidenti Donald Tramp narsist xarakterə malikdir və onun öz əhəmiyyətinin təsdiqinə ehtiyacı var. Diktator Putin də məhz bundan istifadə edir, daim onun zəif yerini sıxır.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu siyasi psixoloq Yelena Vostrova "Espresso"nun efirində yayımlanan “Dünya və biz Yevgeni Maqda ilə” verilişində deyib.
 
"Zarafatla deyə bilərsiniz ki, o, Putin tərəfindən ələ alınıb. Xeyr, Tramp Rusiyada "KQB", "FSB" və ya başqa qurumun agenti deyil. O, sadəcə olaraq, rusların refleksiv nəzarət obyektidir. Yəni, onun müəyyən şeylərə necə reaksiya verəcəyini bilirlər və bunu hesablayırlar. Onu sadəcə bir sistem, avtomat  maşın kimi hesablayırlar", - o izah edib.
 
Ekspertin fikrincə, Putin metodik hərəkət edir. "O, onu tərifləyir, ona uyğun hədiyyələr verir. Hətta həyat yoldaşına edilən kompliment də Trampı həssas yerdən vurmağa hesablanıb", - Vostrova qeyd edib.
 
O, əlavə edib ki, ABŞ prezidenti sonradan “bu iltifatlarla davam edir”, Putinin ona məhz dediyini hamıya danışır və bununla da öz asılılığını nümayiş etdirir.
 
"Tramp bu baxımdan Putindən asılıdır, ona öz hərəkətləri, işləri ilə bağlı daim razılıq eşitmək lazımdır. Bu, onun narsist xarakteridir və bu, Putinin daim sıxdığı və uğur qazandığı zəif yeridir, təəssüf ki," - deyə siyasi psixoloq yekunlaşdırıb.
Link kopyalandı!
Son xəbərlər