AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından aylar ötsə də, Rusiya hələ də Azərbaycana kompensasiya ödəməyib. Həmçinin, Rusiyada azərbaycanlılara qarşı əsassız basqılar davam edir.
Rusiya Azərbaycana olan bu qərəzli mövqedən imtina etməzsə, bu, iki dövlət arasındakı münasibətləri daha da gərginləşdiə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli, Rusiyanın Azərbaycana siyasətində ciddi yanlışlıqlara yol verdiyini bildirib:
“Mövcud gərginliyin aradan qaldırılması birbaşa Kremldən asılıdır. Bu gərginlik Rusiyanın davranışlarından yaarnıb. Əgər bu gərginliyi aradan qaldırmaq istəyrisə, o zaman Rusiya Azərbaycana qarşı beynəlxalq hüquq normaları çərçivəsində normal yanaşma tərzi ortaya qoymalıdır. Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır. Irqçilik münasibətini aradan qaldırmalıdır. Həmçinin, Rusiya Azərbaycana mxəsus sərnişin təyyarəsini vurduğuna görə Azərbaycandan üzr istəməlidir. Ancaq hələlik Rusiya bunun tamamilə əksini sərgiləyir. Ölkəmizə təzyiqlər gödstərməyə çalışır. Halbuki, bu, mümkünsüzdür.
Kremlin ən böyük səhvi də ondan ibarətdir i, Azərbaycanın geopolitik statusunu qəbul etməkdə çətinlik çəkir. Əgər Rusiya indiki mövqeyini davam etdirərsə, Azərbaycanla Rusiya arasındakı münasibətlər qopma nöqtəsinə gəlib çıxa bilər. Rusiya bu reallığı hələ də görmək istəmir. Rusiya neoimperialist niyyətlərindən əl çəkmək istəmir. Bu niyyət Rusiyaya mövcud reallıqları dərk etməyə imkan vermir.
Rusiya belə davam edərsə, o zaman iki dövlət arasındakı münasibətlər yalnız gərginləşməklə qalmayacaq, bu münasibətlər tamamilə kəsilə bilər. Rusiyanın Azərbaycana münasibəti tamamilə yanlışdır. Azərbaycan bərabərhüquqlu münasibətləri üstün tutur və qlobal məkanda öz siyasi iradəsini qabliyyətinə malik bir dövlətdir. Rusiyanın indiki davranışları münasibətləri normallaşdırmaqdan daha çox gərginləşdirməyə xidmət edir və heç bir perspektiv vəd etmir”.
S.Əliyev