“Ukraynada müharibənin səngiyəcəyinə ümid yoxdur, çünki...”
Ekskluziv
1130
06 Sep 2025 | 19:41

“Ukraynada müharibənin səngiyəcəyinə ümid yoxdur, çünki...”

“Ukraynada müharibənin səngiyəcəyinə, tərəflər arasında sülh əldə ediləcəyinə ümid yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, buna səbəb tərəflərin mövqeyində hər hansı yaxınlaşmanın mövcud olmamasıdır:

“Aydındır ki, indiki halda söhbət sülh müqaviləsinin imzalanmasından yox, atəşkəsin əldə edilməsindən gedə bilər. Lakin mövcud vəziyyət elədir ki, indiki halda atəşkəsin əldə olunması belə mümkünsüz görünür. Çünki Ukrayna və Rusiyanın mövqeləri bir-birinə daban-dabana ziddir. Hər kəs öz mövqeyindən təkid edir və bu da tərəflər arasında atəşkəslə bağlı anlaşmanın əldə edilməsinə imkan vermir.

Bu səbəbdən də Ukraynada müharibənin qeyri-müəyyən vaxta qədər davam edəcəyi ehtimalı böyükdür”.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər