“Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışını təmin etməlidir”
Ekskluziv
466
18:49, Bu gün

“Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışını təmin etməlidir”

“Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışını təmin etməlidir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq və əməkdaşlıq etmək istəyirsə, o zaman bu prosesə xüsusi diqqət yetirməli, tarixi ədalətin bərpasında iştirak etməlidir:

“Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdışı tarix ədalətin bərpası, eləcə də beynəlxalq hüququn tələblərinin öz yerini alması baxımından vacibdir. Əgər Ermənistan Azərbaycanla həqiqətən də sülhü bərqərar etmək, əməkdaşlıq münasibətləri qurmaq istəyirsə, o zaman bu prosesə daha çox diqqət yetirməlidir.

Bizim heç kimin ərazisinə iddiamız yoxdur. Lakin Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarından zorakılıqla çıxarıldığı, onlara qarşı böyük vəhşiliklərin tətbiq edildiyi heç kimə sirr deyil. Bizim istəyimiz beynəlxalq hüquqa uyğun olaraq bu insanların pozulan hüquqlarının bərpa edilməsi, onların öz yurdlarına qayıdışının təmin edilməsidir. Bu, soydaşlarımızın təbii-tarixi haqqıdır və bu haqq öz yerini tutmalıdır”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər