“Paşinyan artıq Putindən çox Ərdoğanla və Əliyevlə təməslara üstünlük verir...”
Ekskluziv
243
11:31, Bu gün

“Paşinyan artıq Putindən çox Ərdoğanla və Əliyevlə təməslara üstünlük verir...”

“Kreml geriyə dönüşü olmayan yolda irəlilədikcə əlində olanları da davamlı olaraq itirməkdədir...”
 
Putin bir yandan Çindəki tədbirdə ilk olaraq Paşinyanla görüşür, digər yandan Rusiyada Ermənistanın ən böyük logistika şirkətlərindən biri olan “Spayka”ya məxsus təxminən 100 yük maşını saxlanılır və  günlərlə şirkətə aid furqonlar Rusiyaya yük çatdıra bilmir. Bunlarla paralel Ermənistanda revanşist və rusiyapərəstlərin mövcud hakimiyyətə qarşı fəaliyyəti gücləndirilir. Görəsən, Rusiya-Ermənistan münasibətləri hansı istiqamətdə inkişaf edir?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
“Göz önündədir ki, Putinin keçmiş SSRİ-nin sərhədlərinin bərpası və dünyanın yenidən bölüşdürülməsi kimi ambisioz planları iflasa uğradı. Onun strateqlərinin və ətrafının yanlış hesablamaları Rusiyanı Ukrayna bataqlığına, ondan əvvəl isə Yaxın Şərq fırtınasına saldı. Kreml geriyə dönüşü olmayan yolda irəlilədikcə əlində olanları da davamlı olaraq itirməkdədir. Moskvanın özünün təbii təsir zonası hesab etdiyi Cənubi Qafqazda da proseslər artıq onun istədiyi kimi getmir. Özünün qurduğu və ərsəyə gətirdiyi, hər zaman himayədarlıq etdiyi, haqlı olaraq  “forpost”u adlandırılan Ermənistan yeni baş nazirin rəhbərliyi, yönətiçiliyi ilə Rusiyadan uzaqlamaqdadır. Doğrudur, nə İrəvan, nə də Moskva hələ ki, açıq konfrantasiyaya getməkdən çəkinirlər və Kreml daha çox iqtisadi və siyasi təsir rıcaqlarından istifadə etməkdədir. 
 
Məlumdur ki, Emənistan iqtisadi və enerji təminatı cəhətdən Rusiyadan asılıdır. Rusiya Ermənistan məhsulları üçün böyük bazardır. Ancaq uzun müddət ikili oyun oynamaq getdikcə Paşinyan üçün çətinləşir və artıq açıq, qəti mövqe tələb olunur. İrəvan eyni anda bir-birinə zidd olan Qərblə, Birləşmiş Ştatlarla sıx əməkdaşlıq etməklə Rusiya və onun patronajlığı altında yaradılan hərbi-siyasi və iqtisadi təşkilatlarda təmsil oluna bilməz. Digər tərəfdən, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri qurulmayınca və əlaqələr yaranmayınca İrəvanın alternativ təhükəsizlik, iqtisadi, siyasi  müstəqillik təminatı demək olar ki, yoxdur...  
 
Avqustun 8-də Ağ Evdə Trampın təşəbbüsü ilə  əldə edilən tarixi razılaşmalar Moskvanı məmnun etmədi və bu ciddi şəkildə onun maraqlarına toxundu. Regionda inkişafa, davamlı sülhə və təhlükəsizliyə, rifaha, əməkdaşlığın möhkəmləndirilməsinə geniş imkanlar açan sənədlərin imzalanmasının həyata keçirilməsinə mane olmaq üçün Rusiya hərəkətə keçib. Hesab edirəm ki, Rusiyada Ermənistanın ən böyük logistika şirkətlərindən biri olan “Spayka”ya məxsus təxminən 100 yük maşınının saxlanılması və günlərlə  şirkətə aid furaların Rusiyaya yük çatdırılmasına imkan verilməməsi Moskvanın təzyiqlərinin tərkib hissəsidir. Proseslərin bu cür axını hətta Kremlin Ermənistana qarşı iqtisadi sanksiyaları və ticarət müharibəsinədək apara bilər. Bununla paralel olaraq siyasi basqılar da artmaqdadır. Rusiya arsenalındakı “silahları” işə salıb və Paşinyana əzələ nümayişi intensivləşdiriləcək. Putinin ŞƏT Zirvə Toplantısı çərçivəsində görüşü qısa müddətli olduğundan məncə qarşılıqlı maraq doğuran məsələləriin geniş və hərtərəfli müzakirəsi aparılmayıb. Məlum sammitdə çəkilmiş kadrlardan da göründüyü kimi, erməni baş nazir daha çox Ərdoğanla və İlham Əliyevlə təməslara üstünlük verir...”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər