Ronaldo İrəvana gəldi...- Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və...+VİDEO
Ekskluziv
349
08:00, Bu gün

Ronaldo İrəvana gəldi...- Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və...+VİDEO

Dünən axşam saatlarında Ermənistanın Zvartnots hava limanında azarkeşlər Portuqaliya yığmasını qarşılayıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Tayms" məlumat yayıb.
 
Azarkeşlər Kriştiano Ronaldonu xüsusi coşqu ilə qarşılayıblar.
 
Dünya Çempionatının 2026-cı ilin Avropa zonasının seçmə mərhələsinin F qrupunun ilk turu çərçivəsində keçiriləcək Ermənistan - Portuqaliya oyunu sentyabrın 6-da saat 20:00-da Vazgen Sarkisyan adına Respublika stadionunda keçiriləcək.
 
Oyunu ingilis hakimlər briqadası idarə edəcək.

Portuqaliya yığması İrəvandakı “Seven Vision” otelində dayanıb. Ronaldo və komanda artıq çoxlu sayda azarkeşin həyətə toplaşdığı polis karvanının müşayiəti ilə otelə gəlib. Futbolçuların arxa girişdən içəri girə bilməsi üçün avtobus marşrutunu dəyişib.

Bir müddət sonra avtobus əsas girişə qayıdıb. Polis dərhal bunun qarşısını alıb. Balaca qız məhəccərə dırmaşaraq polis səddini aşaraq otelə daxil olub. Polis uşağı saxlaya bilməyib, lakin otelin mühafizəsi kiçik qızın yuxarı qalxmasına icazə verməyib.

Portuqaliyalı futbolçular və Ronaldo otelin həyətində qışqıran azarkeşlərə fikir verməyib və otelə daxil olublar.

Ronaldonu bir anlıq görmək arzusunda olan erməni azarkeşlər otelin məhəccərinə sıxıışdırılıblar.

Xatırladaq ki, Ronaldo sonuncu dəfə 2015-ci ildə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşma üçün Ermənistana səfər edib. Oyun 2:3 Portuqaliyanən qalibiyyəti ilə başa çatıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər