İsmayıl xanımına doğum günündə öz böyrəyini hədiyyə etdi...-FOTOLAR 
Ekskluziv
791
06:56, Bu gün

İsmayıl xanımına doğum günündə öz böyrəyini hədiyyə etdi...-FOTOLAR 

Türkiyənin şimal-qərbində yerləşən Sakarya şəhərində 42 yaşlı evdar qadın Deniz Ağca ərinin ad günü hədiyyəsi sayəsində həyat ümidi qazanıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda "CNN-Türk" və "Sabah" nəşrlərii məlumat yayıb.
 
Qadın 16 il əvvəl hamiləlik zamanı şəkər xəstəliyinə tutulub. İnsulin dozasını düzgün seçə bilmədiyindən o, ağırlaşmalara və böyrək çatışmazlığına səbəb olan daimi hiperqlikemiyadan əziyyət çəkib. Belə olan halda isə həyatı ancaq müntəzəm hemodializ və ya transplantasiya yolu ilə xilas etmək olar.
Qadının 20 il birlikdə yaşadığı əri İsmayıl Ağca həyat yoldaşını xilas etmək və böyrəyinin birini ona vermək qərarına gəlib. 
 
"Həkim mənə böyrəklərimin artıq işləmədiyini deyəndə dünyam çökdü. Böyrəklərimdə heç vaxt ağrılar yaşamamışdım, onlarda hər şeyin yaxşı olduğuna əmin idim... İndi isə həftədə üç dəfə hemodializ almalı idim", - deyə Dəniz xatırlayır.
 
O, transplantasiyanın mümkünlüyünü biləndə ailə üzvlərindən heç birindən kömək istəməyi ağlına belə gətirməyib. Amma İsmayıl dərhal kömək əlini uzadıb. "Böyrək axtarmağa ehtiyac yoxdur, mən sənə doğum günü hədiyyəsi olaraq öz böyrəyimi verəcəm",- deyə ömür-gün yoldaşı bildirib. 
 
"Həyat yoldaşımın məyus olmasını istəmirdim. Analizlər uyğunluğumuzu təsdiqləyən kimi dərhal qərar verdim. Yeganə narahatlığım iş idi. Amma həkimlər əməliyyatdan sonra heç bir məhdudiyyət olmayacağına məni əmin etdilər".
 
"Transplantasiya ilə bağlı bütün xərcləri dövlət ödəyəcək”, - deyə İsmayıl əlavə edib. 
 
“Biz donorun və resipiyentin vəziyyətini çox diqqətlə qiymətləndirdik və hər ikisinin əməliyyata hazır olduğu qənaətinə gəldik. Əməliyyat 6 saat davam etdi və uğurlu oldu”, - deyə doktor Veysəl Umman bildirib.
 
Onun sözlərinə görə, hazırda cütlük artıq sağalır. “İsmail tezliklə işə qayıdacaq, Dəniz isə dializsiz həyata alışır”, - deyə həkim bildirib. O, fəsadların hələ də sağalması mümkün olan ilkin mərhələdə müəyyən etmək üçün şəkərli diabetin kompensasiyası və müntəzəm diaqnostikanın vacibliyini vurğulayıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər