“Ordumuzun inkişafı, modernləşdirilməsi, müasir hərbi-sənayenin ən müasir nailiyyətləri ilə silahlandırılması bundan sonra da bizim üçün prioritet məsələ olaraq qalacaq”.
Bunu Moderator.az-a açqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, müasir dünyada təhlükəsizlik probleminin öz aktuallığını gündən-günə artırması ordu faktorunu daim diqqət mərkəzində saxlamağı zəruri edir:
“Azərbaycan uzun illərdir ki, davam edən işğal probleminin həllinə ordusu hesabına, əsgər və zabitlərinin qəhrəmanlığı hesabına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində erməni faşizmi hərb meydanında darmadağın edildi. Bununla da ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi.
Bu gün dünyada baş verən proseslər güc faktorunun öz əhəmiyyətini sürətlə artırdığını, müdafiə və təhlükəsizlik amilinin daha çox aktuallıq kəsb etdiyini göstərir. Bu isə o deməkdir ki, biz bundan sonra da ordumuzun peşəkarlığının artırılması, onun ən müasir silahlarla təchizatını diqqətdə saxlamalı, bu istiqamətdə davamlı iş aarmalıyıq”.
Seymur ƏLİYEV