Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın Ermənistandakı hərbi attaşesi polkovnik Metyu Krou 1958-ci il sentyabrın 2-də Nerkin Sasnaşen bölgəsində sovet qüvvələri tərəfindən vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin 17 həlak olan ekipaj üzvünün xatirəsini ehtiramla yad edib.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
“1993-cü ildə Nerkin Sasnaşen sakinlərinin dəstəyi ilə Martin Kakosyan xatirə abidəsi quraşdırdı və o vaxtdan bəri hər il sentyabrın 2-də icma sakinləri və onların ailə üzvləri qəzaya uğrayan təyyarənin ekipaj üzvlərinin xatirəsini ehtiramla yad edirlər.
ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir: “Biz cənab Kakosyana və Nerkin Sasnaşen sakinlərinə həlak olan amerikalı hərbçilərin xatirəsini yaşatdıqlarına görə təşəkkür edirik”.
Bəs Amerika təyyarəsi Ermənistan üzərində hansı şəraitdə vurulub:
Zəruri arayış:
Moderator.az-ın araşdırmasından SSRİ hərbi arxivləri əsasında mediada belə bir məluumatl yayıldığı bəlli olub:
"1958-ci il sentyabrın 2-də Türkiyənin Adana aerodromundan havaya qalxan "C-130A-II "Hercules" kəşfiyyat təyyarəsi (reqistrasiya nömrəsi: 56-0528, 7406-cı döyüş dəstəyi eskadrilyası- ABŞ HHQ) sovet MiQ-17 qırıcıları (pilotlar - Qavrilov, İvançerkov) Ermənistan) tərəfindən Ermənistan üzərində vurulub. Təyyarə SSRİ-nin hava məkanını pozub.
Amerikalıları yerə enməyə məcbur etməyə çalışan təcavüzkarın qarşısını almaq üçün dörd qırıcı havaya qaldırılıb. "C-130A" ekipajı sovet pilotlarının əmrlərinə məhəl qoymadığından vurulub.
SSRİ dövlət sərhədini pozan təyyarənin bütün ekipaj üzvləri öldürülüb, onların qalıqları qismən hadisədən dərhal sonra, qismən də 1998-ci ildə birgə fəaliyyət nəticəsində geri qaytarılıb..."
S.Laçın