“Hindistan Azərbaycana mövcud yanaşmasıyla nələri itirdiyinin fərqinə sonradan varacaq...”
Ekskluziv
313
10:17, Bu gün

“Hindistan Azərbaycana mövcud yanaşmasıyla nələri itirdiyinin fərqinə sonradan varacaq...”

“Modinin bu davranışı ŞƏT-i Cənubi Qafqaz kimi geostrateji regionun geniş imkanlarından kənarda saxladı...”
 
“Azərbaycanın ŞƏT-in növbəti sammitində iştirakı və Prezident İlham Əliyevin rəsmi səfər zamanı təntənə ilə qarşılanması göstərilən ehtiram və diqqətdən qaynaqlanır. Bu gün ölkəmizə etimad göstərilir və onunla hesablaşılır.  Çağdaş dünyamızda dövlətlərin gücü ərzisi və əhalisi ilə deyil, beynəlxalq aləmdə oynadığı rolu, imzasına, dostluğuna və müttəfiqliyinə sadiq qalması ilə müəyyənləşdirilir. Planetin siyasi xəritəsinin yenidən çızılması və nizamın yenidən şəkilləndirilməsi uğrunda kəskin rəqabətin və qütbləşməyin baş verdiyi indiki qeyri-sabit, mürəkkəb dönəmdə Qlobal Şərqlə, Qlobal Qərb arasında balansı qorumaq, hətta bu iki nəhəng siyasi güc arasında körpü olmaq Azərbaycanın xarici siyasətinin uğuru hesab edilməlidir.  Bu da imkan verir ki, rəsmi Bakı öz maraqlarını da maksimum şəkildə qoruya bilsin.”
 
Siyasi şərhçi Əli Orucov Moderator.az əməkdaşının "Hindistanın Çindəki məlum tədbirdə Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına qarşı çıxmasını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən bu fikirləri ifadə edib. 
 
“Azərbaycan Çinlə strateji tərəfdaşdır. ŞƏT-də təmsil olunan dövlətlərin əksəriyyəti ilə də stateji müttəfiq və tərəfdaşdır. Bu dövlətləri iqtisadi, ticari və dostluq telləri bağlayır. Azərbaycanın Hindistanın ŞƏT-ə üzvlük məsələsini bloklaması Dehlinin qısasçılığından irəli gəlir. Məlumdur ki, qısa müddətli Pakistan- Hindistan müharibəsində Bakının haqlı və beynəlxaql hüquq normalarına uyğun sərgilədiyi davranışını Modi iqtidarı hələ də həzm edə bilmir. Qatı millətçi olan baş nazirin destruktiv və təxribatçı addımları Cənubi Asiyanı gərginlikdə saxlamaqdadır. Hindistanın  davranışları təşkilatın prinsiplərinə hörmətsiz yanaşdığını və  dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasını istəmir və bütün bunları özünün çılız qısasçılığına qurban verir. Amma Hindistan onsuz da Azərbaycanın artan  beynəlxaql nüfuzuna bu cür addımları ilə mane ola bilməyəcək”,- deyə davamında həmsöhbətimiz bildirib. 
 
Siyasi şərhçi hesab edir ki, Modi ölkəmizə qarşı belə addımlarıyla Hindistanın özünü zəif duruma salır. 
 
“Dehli yalnız Azərbaycanın SƏT-ə üzvlüyünü bloklamadı, həmçinin dostu olan Ermənistanın da həmin quruma üzvlüyünə sədd çəkilməsinə səbəb oldu. Pakistan da Hindistana cavab olaraq Ermənistanın təmsilçiliyinə veto qoydu. Beləliklə də Modinin bu davranışı ŞƏT-i Cənubi Qafqaz kimi geostrateji regionun geniş imkanlarından kənarda saxladı.  Hindistanın qərəzli və cılız hərəkərlərindən, əlbəttə, təşkilat məmnun qalmadı və bunun ümumi maraqlara zərər vurduğunun fərqində oldu. Hesab edirəm ki, Hindistan bununla Cənubi Qafqazdan, o cümlədən Azərbaycan üzərindən keçən qlobal layihələrdə, nəqliyyat- kommunikasiya, logistika xətlərində öz işini çətinə saldı. Nəzərə almaq lazımdır ki, bütün Qərb-Şərq, Şimal-Cənub nəqliyyat xətləri Azərbaycandan keçir və Azərbaycan nəqliyyat qovşağına çevrilir, o zaman Hindistan nələri itirdiyinin fərqinə sonradan varacaq. Pakistanla münasibətlərə görə seçim etmək Dehlinin ən böyük səhvidir. Qlobal arenada mühüm rol oynamaq və iddialı aktor olmaq üçün bu cür yanaşma tərzi Hindistanı digər rəqiblərinə qarşı zəif duruma salır”, - deyə Əli Orucov diqqətə çatdırıb.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər