Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ hərəkatının çoxdan bitdiyinin əyani sübutu..."- Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan
Sentyabrın 2-də İrəvanın Azadlıq meydanında saat 18:30-da Azərbaycan ərazisində ordumuzun şəhid və qazilərinin qəhrəmanlığı sayəsində kökü kəsilmiş qondarma "artsax" gününə həsr olunmuş birlik mitinqi keçirilib.
Moderator.az xəbər verir ki. "Armenian Tayms" nəşrinin yaydığı məlumata görə, “Məlumatlı Vətəndaşlar Birliyi” aerofotoqrafiya vasitəsilə aksiya iştirakçılarının hesabını aparıb və nəticədə məlum olub ki, saat 19:31-ə Azadlıq meydanı və ətraf ərazilərdə cəmi 4200-ə yaxın insan olub.
Hesablama iştirakçıların fərdi hesablamaları vasitəsilə həyata keçirilmişdir.
Xatırladılır ki, “Qayıdış” adı altında birlik mitinqini terrorçu "Daşnaksütyun" partiyası təyin edib.
Əlavə edək ki, Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz "Facebook" səhifəsində daşnakların çağırdığı “qayıdış” birlik mitinqini şərh edərək belə yazıb:
“Qarabağı xilas edirlər: Qarabağ hərəkatının çoxdan bitdiyinin əyani sübutu... Özlərini xilaskar elan edənlər isə yalnız gənc nəslin, xalqın qanı və Ermənistanın suverenliyi bahasına hakimiyyət dəyişikliyini arzulayır....
S.Laçın