“Minsk qrupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəridir”
Ekskluziv
478
02 Sep 2025 | 19:54

“Minsk qrupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəridir”

“Minsk qupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəri, xalqımızın tarixi nailiyyətidir”.

Bunu Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik Samir Musayev bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin prinsipiallığından, Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyindən xəbər verir:

“Məlum olduğu kimi, Minsk qrupu mövcud olduğu dönəmdə işğal probleminin həlli istiqamətində heç bir əməli addım atmamış, əksinə, münaqişəni uzatmış, onu daha da mürəkkəbləşdirmişdir. Minsk qrupunun fəaliyyətsizliyi, işğala məruz qalanla  təcavüzkar arasında heç bir fərq qoymaması Azərbaycan xalqının haqlı narazılığına səbəb olmuş, ictimai rəydə, mediada ciddi şəkildə tənqid olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğaldakı torpaqlarını tam şəkildə azad etmiş, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdir. Bununla da Minsk qrupunun mövcudluğu üçün zəruri olan şərtlər ortadan qalxmışdır. Buna görə də Azərbaycan Minsk qrupunun ləğvini irəli sürsə də, dövlətimizin bu tələbi bəzi qlobal güclər tərəfindən dəstəklənmir, məqsədli şəkildə gözardı edilirdi. Lakin sevindiricidir ki, Azərbaycan cari ilin 8 avqust tarixində Vaşinqton görüşündə Ermənistanla sülh müqaviləsinin paraflanmasına nail oldu və bir sıra məsələlərlə yanaşı, Minsk qrupunun ləğvi istiqamətində də prinsipial addım atdı. Nəticədə, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Bununla da Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan daha bir tarixi uğura imza atdı.

Polkovnik Samir Musayev Prezident İlham Əliyevin ABŞ və Çinə səfərlərinin də dövlətimizin siyasi-diplomatik qüdrətinin təcəssümü kimi dəyərləndirib:

“Böyük sevinc və qürur hissi ilə qeyd etməliyik ki, son vaxtlar beynəlxalq diplomatik sferada baş verənlər bir daha Prezidentimizin nüfuzunu, dövlətimizin artan qüdrətini, yüksələn imicini göstərir. İstər Vaşinqton görüşündə, istərsə də dövlət başçımızın Çinə səfəri zamanı yaşananlar, hər iki ölkədə Azərbaycan Prezidentinə münasibətdə ortaya qoyulan yüksək ehtiram doğma Azərbaycanımızın regional güc kimi bütün dünyada qəbul edildiyinin isbatıdır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf etməkdə, beynılxalq sferada öz mövqeyini qətiyyətlə gücləndirməkdə və qlobal iqtisadi əlaqələr zəngirinin ən etibarlı halqasına çevrilməkdədir. Bütün bunlar isə Prezident İlham Əliyevin dərin zəkasının, müdrik siyasətinin və prinsipiallığının nəticəsidir”.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər