Bizi sosial şəbəkələrdən izləyin:
"İndiki Ermənistan respublikaları ilə keçmiş Ermənistan respublikaları arasında nə fərq var? Əvvəllər Ermənistan Respublikası başqa ölkələrin, başqa dövlətlərin sayəsində mövcud idi. Bu gün Ermənistan Respublikası özü sayəsində, vətəndaşlarının sayəsində mövcuddur."
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu hazırda Çində rəsmi səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
“Şəhidlərə həmd olsun, yaşasın Ermənistan Respublikası”,- Paşinyan sonda belə yazıb.
Qeyd edək ki, "Hraparak" nəşri bunu Ermənistan liderinin Azərbaycan torpaqlarında kökü kəsilmiş 32 il ərzində Rusiya və keçmiş Ermənisran rəhbərliklərinin himayə etdiyi separatçı-terrorçu "artsax" rejiminin qondarılmasının ("müstəqillik" günü) 34-cü ildönümü münasibəti ilə yazdığını iddia edib.