“Azərbaycan prezidentinin Çinə səfəri Pekinlə Bakı arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcıdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Sona Əliyeva bildirib. Ekspert qeyd edib ki, bu səfər Çin-Azərbaycan münasibətlərində ciddi inkişafa səbəb olacaq:
“Prezident İlham Əliyevin Çinə səfəri tarixi hadisədir. Çin investotları Azərbaycana sərmayə yatırmaqda maraqlıdırlar. Bunu ən ali səviyyədə ifadə edirlər. Düşünürəm ki, prezidentinin Çinə səfərindən sonra iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələr daha da inkişaf edəcək. Külək enerjisi, kənd təsərrüfatı, logistika sahələrində əməkdaşlıq ön planda tutulacaq.
"Bir kəmər -bir yol" layihəsi məhz Azərbaycan ərazisindən, eləcə də Zəngəzur dəhlizindən keçəcək. Bütün bunlar Azərbaycan-Çin əlaqələrinin inkişafı baxımından böyük perspektivlər vəd edir.
Bu səfərdən sonra Azərbaycan ŞƏT daxilindəki statusunu da artıracaq. Bu səfər beynəlxalq aləmdə yüksələn nüfuzumuzun daha da artmasına gətirib çıxaracaq. Hər kəs Azərbaycan kimi etibarlı tərəfdaşı yanında görmək istəyir. Ölkə başçısının keçirdiyi görüşlərdən də bunu aydın şəkildə görmək mümkündür”.
Seymur ƏLİYEV