“Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə olan böyük ehtiramın təcəssümüdür”
Ekskluziv
2345
01 Sep 2025 | 15:11

“Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə olan böyük ehtiramın təcəssümüdür”

“Prezident İlham Əliyevin Çində ən yüksək səviyyədə qarşılanması, onun şəxsiyyətinə olan münasibətin, beynəlxalq nüfuzunun göstəricisi kimi qəbul olunmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, baş verən proseslər Azərbaycanın dövlət başçısının balanslaşmış, çoxvektorlu siyasət yürütdüyünü göstərir:

“Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Çin rəhbərinin cənab Prezidentə “sevgili dostum” deyə müraciət etməsi, xüsusi məna kəsb edir. Bundan əvvəl Vaşinqtonda da, keçirilən görüşlər, prezident Donalq Trampın simvolik hədiyyələri, Ağ evdəki şəxsi muzeyi ilə tanış etməsi, “möhtəşəm lider” adlandırmasl, dövlət Başçımıza rəğbətini açıq şəkildə bildirməsi, nadir hallarda baş verən hadisələrdəndir.

ABŞ və Çin planetin iki super, kəskin siyasi-iqtisadi rəqabət aparan, ideoloji baxımdan ziddiyətli dövlətləridir. Fərqli təhlükəsizlik sisteminə, düşərgələrə malik dövlətlərdir. Bu iki qütb arasında qızıl orta xətti tapmaq, hər ikisi ilə strateji müttəfiqlik münasibətləri qurmaq, Azərbaycan kimi müstəqil siyasəti ilə seçilən, nisbətən kiçik dövlətlər üçün olduqca çətindir. Xüsusilə, şimaldan və cənubdan beynəlxalq hüquq normalarını iqnor edən böyük qonşularln əhatəsində...  Cənab İlham Əliyevin gücü də məhz, bundadır. Balanslaşdırılmış, çoxvektorlu siyasətdədir. Bu siyasətin mahiyyəti böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə qarşılıqlı hörmətə, iqtisadi effektivliyə söykənən əməkdaşlığa üstünlük verməklə, ölkənin milli maraqlarını, təhlükəsizliyin təmin etməkdən ibarətdir”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər