Bizi sosial şəbəkələrdən izləyin:
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Moderator.az xəbər verir ki, tert.am-ın yazdığına görə, Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Həmsöhbətlər regionda sabitliyin və sülhün bərqərar olmasına yönəlmiş addımları xüsusi qeyd ediblər.
Baş nazir Paşinyan və prezident Ərdoğan qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Son məlumata görə, Türkiyə prezident administrasiyası da danışıqların təfərrüatlarını təqdim edib.Türkiyə prezidenti Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən razı olduğunu bildirib.
"Türkiyə regionda sülh, sabitlik və inkişafı dəstəkləyir və bu prosesə töhfə verməyə davam edəcək", - Ərdoğan bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, “Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların qiymətləndirilməsi aparılır”.