Bizi sosial şəbəkələrdən izləyin:
Bazar günü, avqustun 31-də Rusiya prezidenti Vladimir Putinin saraylarından birinin yerləşdiyi Gelencik şəhəri yaxınlığında güclü meşə yanğını söndürülüb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, yanğının söndürülməsi haqda Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev telegram-kanalında bildirib.
Onun sözlərinə görə, yanğının söndürülməsində dörd gün ərzində 500-dən çox insan qatılıb, həmçinin 100 texnika, o cümlədən "İL-76" və iki "Mi-8" helikopteri cəlb olunub. Krinitsa kəndi yaxınlığında baş verən yanğın 42 hektar ərazini əhatə edib.
Yanğın müxalifətçi Aleksandr Navalnının təsis etdiyi Rusiya Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasına görə, işğalçı diktator Vladimir Putinin saraylarından birinin yerləşdiyi İdokopas burnundan cəmi 10 kilometr aralıda baş verib.
Bundan əvvəl "Bild" nəşri yanğına Ukrayna pilotsuz təyyarəsinin düşməsinin səbəb olduğunu bildirmişdi. Rusiya prezidentinin Qara dəniz sahilində onun üçün tikilmiş dəbdəbəli malikanəyə son vaxtlar baş çəkməməsi təhlükəsizlik baxımındandır.
Xatırladılır ki, daha əvvəl bildirilmişdi ki, Gelendjik yaxınlığındakı sarayın rəsmi olaraq Kremlin adlarını çəkmək istəmədiyi rusiyalı sahibkarlara məxsusdur.
Moderator.az xatırladır ki, bundan əvvəl "Ukrainskaya pravda" nəşrinin "İnsayder" agentliyinə istinadla yaydığı xəbərdə bildirilmişdi ki, sözügedən yanğın ocaqlarından biri Rusiya lideri Vladimir Putinlə əlaqəli olan "Kolodets" şərab zavodundan bir kilometrdən az bir məsafədə yerləşir. Korrupsiyaya Qarşı Mübarizə Fondunun “Putinin sarayı” ilə bağlı çəkdiyi filmdə “Kolodets” şərab zavodu “Köhnə Provans” adı ilə xatırlanıb...
S.Laçın