“Diplomsuz, rezidentura təhsili olmayan şəxsləri həkim kimi işə qəbul edən tibb müəssisələri məsuliyyət daşıyır”.
Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildiirb. Professor qeyd edib ki, heç bir halda diplomsuz şəxslərin tibb müəssisələrində fəaliyyət göstərməsinə, hansısa əməliyyatlar icra etməsinə imkan vermək olmaz:
“Adətən, mediada, cəmiyyətdə heç bir baza təhsili, rezidentura təhsili olmadan həkim kimi fəaliyyət göstərən şəxslərin məsuliyyətindən yazırlar. Lakin bir şeyi bilmək lazımdır ki, bu cür şəxslərə fəaliyyət meydanı verən, onları işə götürən tibb müəssisələri də hüquqi məsuliyyət daşıyır. Onlar işə götürəcəkləri hər bir kəsi araşdırmalı, onun həqiqətən də həkim olub-olmadığını müəyyənləşdirməlidir. Əks halda, bugünkü arzuedilməz hallar gələcəkdə də davam edəcək”.
Seymur ƏLİYEV