Meymun adamın əlindən çantanı qoparıb ağacdan yerdəkilərin başına pul səpdi...-VİDEO-İBRƏTAMİZ...
Ekskluziv
2349
30 Aug 2025 | 08:00

Meymun adamın əlindən çantanı qoparıb ağacdan yerdəkilərin başına pul səpdi...-VİDEO-İBRƏTAMİZ...

Hindistanın Araya şəhərində meymun bir adamın əlindən pul çantasını qoparıb ağaca dırmaşaraq əskinasları sağa-sola səpələməyə başlayıb. 
 
Moderator.az  xəbər verir ki, bu haqda "Times of India" məlumat yayıb.
 
Pullların sahibi torpaq sahəsi almağa gəlmiş müəllim Rohitaş Çandra olub. Çantada 80 min rupi olub.
 
“Pul yağışı”nı görən yoldan keçənlər dərhal yerə düşən əskinasları yığmağa tələsiblər. Çandra yalnız 52 min rupiyi qaytara bilib - pulun bir hissəsi ağaclarda qalıb, bir hissəsi isə meymun tərəfindən parçalanıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər