Avqustun 29-u axşam saatlarında Rusiyanın Rostov-na-Donu şəhərində silsilə partlayışlar, ardınca böyük yanğın baş verib. Hücum PUA-ları təhlükəsi səbəbindən bölgədə hava hücumu xəbərdarlığı elan edilib.
Moderator.az "Fokus" portalına istinadla xəbər verir ki, yerli kanallar şəhər üzərindəki səmada ən azı üç partlayışın eşidildiyini bildirib. Bu barədə Rusiya mətbuatı da məlumat yayıb.
Rostovda partlayış və yanğın barədə yerli vaxtla saat 22:00(Bakı-23:00) radələrində məlumat verilib, bölgədə pilotsuz təyyarələrin təhlükəsi ilə bağlı hava hücumu xəbərdarlığı isə saat 22:52 radələrində elan edilib.
Yerli sakinlərin bildirdiyinə görə, partlayışlar şəhərin sol sahilində yerləşən “Rostov Arena” stadionunun arxasında olub.
“Alov şəhərin müxtəlif yerlərindən görünür, qatı tüstü səmaya qalxır”, - ruslar qeyd edirlər.
Partlayışlardan sonra Rostovda baş verən yanğının görüntüləri internetdə nümayiş olunub.
Bəzi Rusiya KİV-ləri Rostovdakı “Rostov Arena” stadionunun yaxınlığında quru otların, kol-kosun yandığını iddia edir. Lakin məlumatın nəşri zamanı heç bir rəsmi təsdiq olmayıb; səlahiyyətlilər yanğının səbəbləri və şəhərdə dəqiq nəyin yanması barədə məlumat verməyib.
Həmçinin yerli sakinlər axşam saat 22:00 radələrində mobil internetlərinin işləməməsi barədə məlumat veriblər. İnternet olmayanda dronların hədəflərinə getmək üçün lazım olan məlumatları tapa bilmədiklərini iddia edərək, bir neçə aydır ki, dron hücumları səbəbiylə ruslar üçün internet kəsilib.
Bundan əlavə, "Rosaviatsia"nın məlumatına görə, dünən axşam saat 23:00 radələrində ruslar Volqoqrad hava limanında məhdudiyyətlər tətbiq ediblər,
Xatırladılır ki, avqustun 29-na keçən gecə Rusiyanın Oryol şəhəri pilotsuz təyyarələrin böyük hücumuna məruz qalıb: yaşayış binalarına və ticarət mərkəzinə ziyan dəyib.
S.Laçın