ABŞ-da
Ekskluziv
2139
07 Aug 2025 | 09:52

ABŞ-da "HIMARS" sistemi sovet "Qrad"ına çevrildi...- "Defense Express”

ABŞ hərbçiləri qoşunların birbaşa atəş dəstəyində sistemin effektivliyini artırmaq üçün nəzərdə tutulmuş "M142 HIMARS" YARS (Yaylım Atəşli Raket Sistemi-S.L.) "inqilabi" təkmilləşdirməsini nümayiş etdirib. Lakin “Defense Express”in yazdığına görə, nəticədə sovet “Qrad” sisteminin "kopiyası" meydana çıxıb.
 
Moderator.az bu haqda "UNİAN"-a istinadla xəbər verir.
 
"DEVCOM AvMC" xidmətinin informasiyasına görə söhbət, 6 idarə olunan yaylım atəşli raket sistemi əvəzinə, 30 120 mm-lik raketdən ibarət "Direct Support Fires Technology("DSFT")"(Birbaşa Dəstək Atəşləri Texnologiyası)  paketindən gedir. Ona görə də çoxlu sayda silahla bütöv bir ərazini əhatə etmək mümkündür.
 
ABŞ-da həllin aşağı qiymətini və sursatların kütləvi istehsalının mümkünlüyü, eyni zamanda yüksək qəlpə-fuqas raketlərinə əlavə olaraq, işıqlandırma raketləri və tüstü pərdələrindən istifadə edilə biləcəyi vurğulanır.
 
"Demək olar ki, Ukrayna, Rusiya və bir sıra digər ölkələrin istifadə etdiyi sovet 122 mm-lik "Qrad" YARS praktiki olaraq ABŞ-da ixtira edilib. O həm də sursatdan asılı olaraq 20-40 km-ə qədər əraziyə ucuz atəş zərbələri vurmaq qabiliyyətinə görə qiymətləndirilir"- "Defense Express" qeyd edir.
 
Analitiklərin fikrincə, bütün dünyanın bu cür silahlara ehtiyacı var və "HIMARS"-a əlavə istənilən uyğun işəsalma qurğusunda, yəni "M240", "Mars II" və perspektiv "AML" sistemlərində istifadə oluna bilər.
 
"Amerikanın yeni inkişaf etdirilmiş "HİMARS" modelinin imkanları dəqiqləşdirilməyib, lakin məlumdur ki, ABŞ Ordusu əvvəllər 18 ilə 25 mil və ya 30-40 km məsafədə olan paketdə 30-a qədər raket üçün belə həll yolları axtarırdı. Yəni "Qradlar" üçün müasir döyüş sursatları səviyyəsində", - deyə məqalədə xatırladılır.
 
Öz növbəsində ekspertlər əlavə edib ki, işəsalma qurğuları cəbhədə üstünlük təşkil edən PUA-ların tez-tez hücum qurbanlarına çevrilir, buna görə də onlar ənənəvi olaraq onların üzərində bütün mümkün formalarda pilotsuz təyyarələrə qarşı qurğular quraşdırmağa başlayıblar.
 
" "DSFT"-ni sovet sistemi ilə müqayisə etsək, Amerika vasitələri müasir atəşə nəzarət sistemlərinin, avtomatlaşdırmanın və sürətli yenidən yüklənmənin olması səbəbindən ciddi üstünlük əldə edir. "Qrad"lar üçün bəzi müasir işəsalma qurğuları belə variantlarla təklif olunur, lakin onlar hələ də "HIMARS"-ın imkanlarına uduzurlar", - "Defense Express" qeyd edib.
 
Analitiklər belə qənaətə gəliblər ki, ABŞ-ın yeni modeli "soyuq" müharibənin əvvəli üçün reqress kimi görünsə də, praktikada daha çox atəş gücünə ehtiyac duyulan, lakin eyni zamanda İYARS dəqiqliyi olmadan da edilə bilən smühüm aspekti bağlayır...
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər