“Ədəbiyyat keçmişlə gələcək arasında, əvvəlki nəsillərlə sonrakı nəsillər arasında qədim və müqəddəs körpüdür”.
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Sabir Rüstəmxanlı bildirib. Xalq şairi qeyd edib ki, ədəbiyyatın önəmi və rolu düzgün dərk edilməlidir
“Ədəbiyyatın əsas missiyasından biri nəsillər arasında əlaqə yaratmaq, bu əlaqəni təmin etməkdir. Məhz ədəbiyyat vasitəsilə bugünkü ideyalar, düşüncələr, hiss və duyğular sabahkı nəsillərə ötürülür. Onlar ədəbiyyat vasitəsilə əvvəlki nəsillərin, ideya adamlarının düşüncəsindən, yaşam və fəaliyyyətlərindən xəbərdar olur, öz ideyalarını ədəbiyyat vasitəsilə əbədiləşdirə bilirlər. Bu baxımdan ədəbiyyatı nəsillər arasında fikir və ruh körpsü adlandırmaq olar.
Biz ədəbiyyatın rolunu düzgn qiymətləndirməli və onun nə qədər önəmli olduğunu unutmamalıyıq”.
Seymur ƏLİYEV