Mətbuat Şurasından böyük ifşa və anti-Azərbaycan fəaliyyətinə çevik reaksiya...
Ekskluziv
2674
12 Jul 2025 | 17:04

Mətbuat Şurasından böyük ifşa və anti-Azərbaycan fəaliyyətinə çevik reaksiya...

Adıçəkilən qurum Rusiya Jurnalistlər İttifaqının dünyanı aldatmasına imkan vermədi...

Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası “Sputnik Azərbaycan” əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalist fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, bu şəxslərin Rusiya Federal Təhlıükəsizlik Xidmətinin tapşırıqlarını icra etdiyi aydın şəkilkdə izah edilib. Müraciətdə qeyd olunub ki, “Sputnik Azərbaycan”a bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Hansı ki, bu şəxs təxribatçı fəaliyyətinə görə həm Azərbaycan, həm də Moldovadan qovulub.

Mətbuat Şurasının məlum müraciəti “Sputnik Azərbaycan”da gerçəkləşən həbslərin mahiyyətinə aydınlıq gətirməklə yanaşı, Rusiya Jurnalistlər İttifaqının yalanlarının ifşası baxılmından da mühüm rol oynayıb.

50-dən çox jurnalistin ölümünə susan qurum 2 qondarma “jurnalist”in həbsi ilə bağlı niyə “yaxa cırır”?

Mətbuat Şurası sözügedən müraciətində Rusiya Jurnalistlər İttifaqının riyakarlığını ifşa edən konkret faktlara toxunub ki, bu da qonşu ölkədə jurnalislərə olan biganə münasibəti, bu münasibət fonunda baş verən dəhşətli qətllərin sərhəd tanımadığını göstərir. Nümunə üçün qeyd edək ki, Mətbuat Şurasının müraciətində 1992-ci ildən bugünə qədər Rusiyada 50-dən çox jurnalistin qətlə yetirildiyi öz əksini tapıb. Habelə, müraciətdə qeyd olunur ki, 2019-2024-cü illər ərzində Rusiyada ən azı 26 jurnalist həbs olunub ki, bu da kifayət qədər böyük rəqəmdir.

Həmçinin, qeyd olunub ki, beynəlxalq qurum və təsisatlar Rusiyada müstəqil jurnalistikanın mütəmadi şəkildə məhdudlaşdığını göstərir. Lakin maraqlıdır ki, bütün bu faktlarla bağlı Rusiya Jurnalistlər İttifaqı beynəlxalq ictimaiyyətə heç bir müraciət ünvanlamayıb. Belə olan halda adıçəkilən qurumun “Sputnik Azərbaycan”da jurnalist fəaliyyətindən daha çox xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası ilə məşğul olan iki şəxsin həbsinə görə “yaxa cırması”, beynəlxalq aləmi ayağa qaldırmağa cəhd etməsi sual doğurur. Bu yanaşma Rusiya Jurnalistlər İttifaqının müstəqil jurnalistikanın gələcəyindən daha çox Kremlin siyasi tapşırıqlarının icrası haqqında düşndüyünü söyləməyə əsas verir.

Ukrayna müharibə və Rusiyada “qandallanan” azad söz

Mətbuat Şurasının bəyanatında yer alan əsas məqamlardan biri də Ukrayna-Rusiya müharibəsi və bu müharibə fonunda Rusiyada azad sözə, müstəqil düşüncəyə qarşı aparılan kampaniyadır. Hansı ki, bu kampaniya zamanı mediaya qarşı senzura daha da güclənmiş, xeyli sayda jurnalist təqib və həbslərə məruz qalmışdır. Ancaq bu kimi faktlarla bağlı da Rusiya Jurnalistlər İttifaqı susqunluq sərgiləmiş, təqib və təzyiqlərə məruz qalan jurnalsitlərlə bağlı heç bir beynəlxalq təsisata, dünya ictimaiyyətinə müraciət ünvanlamamışdı. Belə olan halda Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan”da qeyri-jurnalist fəaliyyəti ilə bağlı həyata keçirən həbslərin mahiyyətini saxtalaşdırması, olayları təhrif edilmiş şəkildə beynəlxalq müstəviyə çıxarmağa cəhd etməsi təəssüf və ikrah doğurur.

Eyni zamanda, Mətbuat Şurasının məlum müraciəti bu qurumun anti-Azərbaycan fəaliyyətinə çevik reaksiya verdiyini, bu fəaliyyəti operativ şəkildə ifşa etdiyini göstərdi. Mətbuat Şurası bu müraciəti ilə Rusiya Jurnalistlər İttifaqının riyakar bəyanatını beynəlxalq aləmdə uğurla ifşa etdi ki, bu da doğma Azərbaycanımızın mənafeyinin müdafiəsi, onun haqq səsinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər