Ekskluziv
1467
30 May 2025 | 17:30

"Fələstini tanımaq mənəvi borc və siyasi zərurətdir" -xa0 Makron

 
"Yaxın Şərqdə artan gərginlik fonunda Makron Avropanı İsrailə qarşı daha sərt davranmağa çağırır..."
 
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Fələstin dövlətinin tanınması "yalnız mənəvi borc deyil, həm də siyasi zərurətdir". 
 
Moderator.az xəbər verir ki, o, bu bəyanatı Sinqapurda keçirilən təhlükəsizlik üzrə beynəlxalq konfrans çərçivəsində mətbuat konfransında səsləndirib. Məlumatı "israelinfo.co" nəşri yayıb.
 
Makronun sözlərinə görə, bölgədə davam edən humanitar fəlakət və beynəlxalq hüququn pozulması fonunda dünya ictimaiyyəti konkret və prinsipial mövqe sərgiləməlidir. O, vurğulayıb ki, İsrail yaxın saatlarda və günlərdə Qəzza bölgəsində vəziyyətə uyğun cavab verməzsə, Avropa İttifaqı "kollektiv mövqeyini sərtləşdirməlidir".
 
Diplomatik kontekst və "yol xəritəsi"
 
Fransa hazırda Səudiyyə Ərəbistanı ilə birlikdə 17-20 iyun tarixlərində BMT çərçivəsində keçiriləcək konfransa ev sahibliyi etməyə hazırlaşır. Bu tədbirdə Fələstin dövlətinin qurulması üçün "yol xəritəsi" təqdim ediləcək. Planlaşdırılan sənəddə həm də İsrailin təhlükəsizlik maraqları nəzərə alınacaq, bu da Fransanın konstruktiv mövqe tutduğunu göstərir.
 
Makronun bu istiqamətdə atdığı addım onu Fələstin dövlətini tanıyan ilk böyük Qərb liderinə çevirə bilər. Hazırda 140-dan çox ölkə Fələstin dövlətini tanıyır, lakin onların əksəriyyəti Qlobal Cənuba aiddir. Qərb dünyasında bu məsələ daha ehtiyatla yanaşılıb.
 
Avropa mövqeyini dəyişir
 
Norveç xarici işlər naziri Espen Bart Eydenin dediyinə görə, əgər Fransa bu addımı atsa, onu bir neçə digər Avropa ölkəsi də izləyə bilər. Son həftələrdə İspaniya, İrlandiya və Norveç artıq Fələstini rəsmi olaraq dövlət kimi tanıdıqlarını elan edib. İsveç isə bunu hələ 2014-cü ildə edib.
 
Böyük Britaniya və Kanada da bu ayın əvvəlində Fransa ilə birgə bəyanat verərək, əgər İsrail mövcud vəziyyətə qarşılıqlı diplomatik yanaşma nümayiş etdirməzsə, ona qarşı "konkret tədbirlər" görmək və Fələstin dövlətini tanımaq öhdəliyini üzərlərimə götürə biləcəklərini açıqlayıb.
 
Yaxın  Şərqdə artan gərginlik
 
Makronun bəyanatı, xüsusilə 2023-cü ilin oktyabrından bəri Qəzza bölgəsində davam edən silahlı qarşıdurmalar və minlərlə mülki şəxsin həyatını itirməsi fonunda səslənir. HƏMAS və İsrail arasında baş verən qanlı toqquşmalar beynəlxalq ictimaiyyəti də dərin narahat edir.
 
Fransa prezidenti bir neçə dəfə İsrailin özünümüdafiə hüququna dəstək verdiyini bəyan etsə də, son aylarda Qəzzada baş verən itkilər və mülki əhalinin yaşadığı fəlakət onu daha sərt mövqe tutmağa vadar edib. Bu, həm də Fransada və Avropa daxilində artan ictimai təzyiqlərlə bağlıdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər