Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2535
22 May 2025 | 09:19

"Jurnalistə yalnız ağılsız, ədalətsiz, suçlu və qorxaq bir siyasətçi hücum edə bilər..."

 
“Birləşmiş Ştatlar kimi “demokratiyanın, söz azadlığının beşiyi” sayılan bir ölkə liderinin belə bir davranışı dünyadakı digər avtoritar və ya avtoritarizmə meyilli ölkə başçılarını da söz azadlığını məhdudlaşdırmağa, jurnalistlərə qarşı repressiyaları gücləndirməyə daha da ruhlandırır...”
 
-3 CÜMLƏ İLƏ BİR "QUŞ"...-
 
Ölkəsini ədalətlə, Konstitusiyanı, qanunları, insan haqlarını tapdamadan, korrupsiyaya bulaşmadan idarə edən adil və müdrik lider heç vaxt hansısa jurnalistin tənqidinə, hətta haqsızlıq, təhqir ifadə edən sualına görə ona ya cəmiyyətin gözü qarşısında, ictimai şəkildə, yaxud gizli, dolayısıyla hücum etməz, onu təhqir etməz, ona qarşı təzyiq, təqib və haqsız həbslər təşkil etməz...
 
Dünən ABŞ-ın əndrəbadi davranış və çıxışlarıyla bəşəriyyəti “heyran” qoyan prezidenti Donald Tramp Qətərə səfəri zamanı ölkə şeyxi tərəfindən ona hədiyyə edilmiş və  Amerika qanunlarına zidd olaraq qəbul edilən və  prezidentin rəsmi avialayneri kimi xidmət göstərəcəyi rəsmən açıqlanmış 400 milyon dollarlıq təyyarə haqda sualına görə bir jurnalisti “axmaq, ağılsız” adlandırıb və zaldan qovub.
 
Birləşmiş Ştatlar kimi “demokratiyanın, söz azadlığının beşiyi” sayılan bir ölkə liderinin belə bir davranışı dünyadakı digər avtoritar və ya avtoritarizmə meyilli ölkə başçılarını da söz azadlığını məhdudlaşdırmağa, jurnalistlərə qarşı repressiyaları gücləndirməyə daha da ruhlandırır və o da aksiomdur ki,  jurnalistə yalnız özü gerçəkdən ağılsız, həm də ədalətsiz olan, törətdiyi korrupsiya və digər cinayətlərə görə xalqı, dövləti qarşısında günahkar olan, buna görə də özünü suçlu hiss edən,  jurnalist araşdırmaları nəticəsində cinayətlərinin ifşa olunacağından qorxan bir siyasətçi, ölkə başçısı təzyiq edə, onu həbs etdirə və yaxud öldürtdürə bilər...
 
P.S. Xatırladaq ki, ABŞ Konstitusiyası prezidentlər başda olmaqla bütün hökumət üzvlərinə Konqresin icazəsi olmadan xarici dövlət başçılarından şəxsi hədiyyələr qəbul etməyi qadağan edir...
 
Sultan Laçın
 
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər