"Rusiyalı siyasətçi alkoqollu içkilərdən sui-istifadənin nəticələrini açıq şəkildə nümayiş etdirir..."
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığı zamanı beynəlxalq siyasətlə bağlı vacib mövzular müzakirə olunub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "X" sosial şəbəkədəki səhifəsində məlumat verib. Məlumatı "ura.news" nəşri yayıb.
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukrayna ilə bağlı telefon söhbətini kəskin və kinayəli ifadələrlə şərh edib.
İngilis dilində yazılan postunda o, Putin və Trampın söhbətini yeməkxanaya baş çəkməklə müqayisə edərək bildirib ki, burada əsas yemək kimi Kiyev kotleti təqdim olunub və süfrə arxasında yalnız ruslar və amerikalılar əyləşib.
"Putin və Trampın telefon danışığı məlum fikri bir daha təsdiqləyib- yeməkxanada yalnız Rusiya və Amerika var. Menyuda isə yüngül qəlyanaltılar- Brüssel kələmi,
qızardılmış kartofla Britaniya balığı və Paris xoruzu olub. Əsas yemək isə Kiyev kotletidir. Nuş olsun!" - Medvedev yazıb.
Bu, Putin və Tramp arasında cari ildə baş tutan ikinci telefon danışığı olub. Söhbət təxminən iki saat yarım davam edib. Dünya liderləri Ukraynada atəşkəsin qismən dayandırılması məsələsini, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini müzakirə edib və münaqişə tərəflərinin enerji obyektlərinə hücum etməməsi barədə razılığa gəlib.
Bu danışıqlardan sonra Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın öz iştirakı olmadan daha geniş müzakirələrin bir hissəsinə çevrilməsinə qəti etirazını bildirib. Jurnalistlərlə söhbətində Zelenski qeyd edib ki, Ukraynanın Putin və Tramp arasında müzakirə olunan "süfrə yeməyi" kimi nəzərdən keçirilməsini istəmir.
Onun fikrincə, Kremlin bu cür yanaşması Ukraynanı müzakirə prosesindən mümkün qədər uzaqlaşdırmağa və onu beynəlxalq danışıqlarda ikinci dərəcəli məsələyə çevirməyə xidmət edir. Zelenski vurğulayıb ki, Ukrayna müstəqil dövlətdir və onun gələcəyi ilə bağlı müzakirələrdə iştirak etmədən qəbul edilən hər hansı qərar uğurlu ola bilməz.
"Bütün hörmətimə rəğmən, heç kimi təhqir etmək istəmirəm, amma Putinin menyusundakı yemək olmaq istəmirəm. Başa düşürsünüz? Onun iştahasına baxmayaraq, Biz bu adam üçün nə salatıq, nə də kompot", - Ukrayna prezidenti deyib və Ukraynanın maraqlarının nəzərə alınmadan danışıqlara daxil edilməsinə narazılığını ifadə edib.
Zelenskinin fikrincə, bu cür yanaşmalar Ukraynanın suverenliyini sarsıdır və onun öz taleyini həll etmək hüququnu nəzərə almır. Ukrayna prezidenti çıxışı zamanı vurğulayıb ki, Ukrayna ilə bağlı müzakirələr ikitərəfli olmalıdır və Ukrayna tərəfinin fəal iştirakı olmadan aparıla bilməz.