“Son günlər ermənilərin ordumuzun mövqelərini tez-tez atəşə tutması, müxtəlif təxribatlara əl atması göstərir ki, bu toplumun nə vaxtsa düzələcəyinə ümid etmək mənasızdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspet qeyd edib ki, baş verənlər Azərbaycanın hər an yeni təxribatlara hazır olmasının vacibliyini göstərir:
“Ermənistanla bağlı bugünə qədər baş verən hər şey onun riyakarlığından, yalan və fırıldağından xəbər verir. Sülh sazişi ilə bağlı aparılan danışıqlarln uğurla başa çatmasından sonra Ermənistanın təxrinatlardan əl çəkməməsi, onun əsl xislətini göstərir. Bir neçə gündür ki, Ermənistanın ordumuzun mövqelərini atəşə tutması o deməkdir ki, onlar heç vaxt – nə bu gün, nə də dünən düzəlməyəcək, islah olmayacaqlar. Deməli, bir hər zaman yeni təxribatlara hazır olmalı, bir an belə olsun öz sayıqlığımızı itirməməliyik. Yaxın tarixi keçmişiz bunun ən böyk isbatıdır!”.
Seymur ƏLİYEV