Pilotsuz uçuş aparatları Engels və Saratova kütləvi zərbələr endirib: hava limanı yanır
Ekskluziv
1097
20 Mar 2025 | 14:46

Pilotsuz uçuş aparatları Engels və Saratova kütləvi zərbələr endirib: hava limanı yanır

 
"Bu, son üç ildən çox davam edən genişmiqyaslı müharibə ərzində Saratov vilayətinə edilən ən böyük PUA hücumu olub..."
 
Martın 20-nə keçən gecə Saratov və Engels şəhərləri müharibə başlanandan bəri ən böyük pilotsuz uçuş aparatları hücumuna məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Saratov vilayəti üzərində 54 dron vurulub, hücum nəticəsində hərbi hava limanında yanğın başlayıb.
 
Hücum nəticəsində Engels şəhər klinik xəstəxanasında, uşaq bağçasında və məktəbdə bir neçə pəncərə sınlb, iki nəfər yaralanıb. Bundan əlavə, bir neçə qəsəbədə təxminən 30 fərdi və bağ evi zədələnıb.
 
Busarginin sözlərinə görə, "hava limanı ərazisində yanğın səbəbindən" obyektin yaxınlığında yerləşən qəsəbələrdən sakinlərin təxliyəsi həyata keçirilir. Engels şəhərində "Engels-2" hərbi aviasiya bazası yerləşir. 
 
Burada uzaqmənzilli aviasiya təyyarələri yerləşir və Ukraynaya zərbələr endirmək üçün buradan havaya qalxır. Bu baza dəfələrlə Ukraynanın hücum hədəfi olub. "Rosaviasiya" gecə boyu Saratov və Samara hava limanlarında məhdudiyyətlər tətbiq edib.
 
"Mash" Telegram-kanalı şahidlərə istinadən yerli neft emalı zavodunda partlayış və yanğın baş verdiyini yazıb, lakin bu məlumat digər mənbələr tərəfindən təsdiqlənməyib. Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri 132 Ukrayna PUA-sını məhv edib.
 
Enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı danışıqlar
 
Martın 18-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra "Truth Social" sosial şəbəkəsində "bütün enerji və infrastruktur obyektlərində dərhal atəşkəs barədə razılığa gəldiklərini" yazıb.
 
Kremlin məlumatına görə, Putin 30 günlük qarşılıqlı atəşkəs ideyasını dəstəkləyib və Rusiya qoşunlarına müvafiq göstəriş verib. Ukrayna prezidenti Vladimir Zelenski də ABŞ-ın vasitəçiliyi ilə belə bir razılaşmanın mümkün olduğunu bəyan edib.
 
"Rusiya və Ukrayna enerji infrastrukturlarına hücum etməmək barədə razılığa gələ bilər. Biz bunu dəstəkləyəcəyik. Amma elə ola bilməz ki, Rusiya bizim energetikamıza zərbə endirsin, biz isə susaq. Biz cavab verəcəyik", - Zelenski Kiyevdə mətbuat konfransında deyib.
 
Tərəflərin enerji obyektlərinə hücumlarla bağlı açıqlamaları
 
Həmin gecə Ukrayna prezidenti Zelenski Rusiyanın yeni enerji obyektlərinə hücumlar həyata keçirdiyini bildirib:
 
"Sumi şəhərində xəstəxanaya "Shahed” dronunun birbaşa zərbəsi, Donetsk vilayətinin şəhərlərinə hücumlar, Kiyev, Jitomir, Sumi, Çerniqov, Poltava, Xarkov, Kirovoqrad, Dnepropetrovsk və Çerkask vilayətləri üzərində zərbə dronları. Bu gün Putin faktiki olaraq tam atəşkəs təklifini rədd etdi. Düzgün olan odur ki, dünya Putinin müharibəni uzatmaq cəhdlərini rədd etsin", - o, vurğulayıb.
 
Kreml enerji obyektlərinə zərbələr endirilməsi ilə bağlı ittihamları rədd edib və "Rusiya tərəfindən fasilənin qorunduğunu" bildirib.
 
Eyni gecə Krasnodar vilayətindəki operativ qərargah Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-ların Kavkazskaya qəsəbəsində yerləşən neft terminalına hücum etdiyini, nəticədə neft bazasında yanğın baş verdiyini bildirib. Kiyev bu hücum barədə rəsmi açıqlama verməyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər