Ekskluziv
1155
20 Mar 2025 | 13:44

"Rusiyanı geosiyasi baxımdan görməzdən gəlmək mümkün deyil" - Donald Tramp

 
"Biz Rusiya ilə hesablaşmalıyıq, çünki onun ən böyük torpaq sahəsi var..."
 
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın "ən böyük torpaq sahəsi" var və bu səbəbdən onu görməzdən gəlmək olmaz.
 
Moderator.az xəbər verir ki, o, bu fikri "Breitbart News" nəşrinə verdiyi müsahibədə səsləndirib. Məlumatı "news.liga.net" nəşri yayıb.
 
"Biz Rusiya ilə hesablaşmalıyıq. Onların ən böyük torpaq sahəsi var, bu günə qədər Çindən də böyükdür. Onlarda 11 saat qurşağı var. Siz bir tərəfdən digərinə 11 saat qurşağını keçərək uça bilərsiniz. Onların torpaqları çox qiymətlidir. İndi isə biz Ukrayna ilə faydalı qazıntılar üzrə saziş bağlayırıq, beləliklə, ən azından deyə bilərik ki, pulumuzu geri qaytarırıq və nəsə edə bilərik. Biz 350 milyard dollar əldə edəcəyik. Bayden pulu belə paylamaqla axmaqlıq edivəb", - Tramp bildirib.
 
Tramp həmçinin ABŞ-ın Hindistanla münasibətlərinə də toxunub. Hindistanın baş naziri Narendra Modi ilə son sammiti barədə sualı cavablandırarkən o, Hindistanla "çox yaxşı münasibətləri" olduğunu desə də, bu ölkənin ABŞ-a qarşı çox yüksək tariflər tətbiq etdiyini vurğulayıb.
 
"Mənim Hindistanla çox yaxşı münasibətlərim var, amma yeganə problem ondadır ki, onlar dünyada ən yüksək tarif tətbiq edən ölkələrdən biridir. Düşünürəm ki, onlar bu tarifləri əhəmiyyətli dərəcədə azaldacaq, amma aprelin 2-dən etibarən biz də onlara eyni tarifləri tətbiq edəcəyik", -  o, deyib.
 
Hindistan-Orta Şərq-Avropa iqtisadi dəhlizi barədə suala cavab verərkən Tramp Çini qeyd etməyib, lakin bunun "mükəmməl ölkələr qrupunun" birləşməsi olduğunu deyib və bunun "bizə ticarətdə zərər vermək istəyən digər ölkələrə qarşı çıxmaq" məqsədi daşıdığını vurğulayıb.
 
"Bizim ticarət sahəsində güclü tərəfdaşlarımız var. Yenə də biz bu tərəfdaşların bizə pis münasibət göstərməsinə icazə verə bilmərik. Açıq danışsaq, bəzi məqamlarda düşmənlərimizlə dostlarımızdan daha yaxşı işləyirik. Bizə dost olmayan bəzi ölkələr, bəzən bizə dost olmalı olanlardan, məsələn, Avropa İttifaqından daha yaxşı münasibət göstərir. Avropa İttifaqı ticarətdə bizə dəhşətli münasibət göstərir", - o, əlavə edib.
 
ABŞ və Rusiya - əsas xəbərlər
 
Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra hər iki tərəf bəyanatlar yayıb.
 
Vaşinqton bildirib ki, Putin 30 günlük tam atəşkəs təklifini rədd edib və yalnız enerji infrastrukturuna hücumların dayandırılmasına razı olub.
 
Eyni zamanda, Kremlin açıqlamasına görə, Putin hərbi yardımın tamamilə dayandırılmasını və Kiyevə kəşfiyyat məlumatlarının verilməməsini tələb edib və bunu "sülh nizamlanmasının əsas şərti" adlandırıb.
 
Daha sonra ABŞ prezidenti Donald Tramp Rusiya tərəfinin bəyanatını təkzib edərək, Putinin telefon danışığı zamanı Ukraynaya hərbi yardımın tam dayandırılmasını və kəşfiyyat məlumatlarının verilməməsini tələb etdiyini rədd edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər