“Sülh müqaviləsi mətni üzərində danışıqların başa çatmasından həmən sonra sərhəddə uzun müddətdir mövcud olan atəşkəsin pozulması qarşılıqlı ittihamlara yol açıb”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, atəşkəs Ermənistan tərəfindən pozulsa da, İrəvan öz növbəsində Azərbaycanı ittiham etməyə çalışır:
“Azərbaycan tərəfinin arqumentlərini güclü edən odur ki, Ermənistanın sərhəddə nəzarət üçün yerləşdirdiyi Aİ-nın mülkü missiyasının səsi çıxmır. Ermənistanın iddia etdiyi kimi atəşkəsi əgər Azərbaycan pozmuş olsa idi, indi onlar çoxdan hay-küy qaldırmışdılar. Amma onların səsi çıxmır. Deməli, atəşkəsin pozulması erməni tərəfindən edilir ki, Aİ-nın missiyası buna sakit qalır. Həm də bu onların işinə yaradır. Sərhəddə Azərbaycan tərəfinə boylanmaq və kəşfiyyat aparmaq üçün əllərinə bəhanə düşür ki, atəşkəs tez-tez pozulur və onların burda dayanmasına ehtiyac var. Ona görə də bu missiya sərhəddə qalmalıdır. Azərbaycan tərəfi isə sülh müqaviləsinin bir şərti kimi sərhəddə üçüncü ölkələrin olmamasını və çıxarılması şərtini irəli sürmüşdü.
Erməni tərəfi isə atəşkəsin Azərbaycan tərəfindən məqsədli şəkildə pozulmasını iddia edir. Guya Azərbaycan Qərbi Zəngəzuru ələ keçirmək üçün atəşkəsin pozulmaslnı "Casus belli", yəni müharibə şərti kimi qəbul etməyə əsas yaradır. Göründüyü kimi absurd fikirdir.
Azərbaycan müharibənin sona çatması və iki ölkə arasında sülh müqaviləsi imzalanması üçün əlində deyiləni etmək imkanı olsa belə regionun gələcəyi baxımından ilk olaraq danışıqlar təklif etdi. Beynəlxalq hüquqa əsaslanan şərtlər ortaya qoydu. İndi yenidən deyilən addımı atmaq üçün yeni qarşıdurma yaratmaq Azərbaycan tərəfindən absurd olardı. Amma Ermənistan üçün vəziyyətin gərginləşdirilməsinə səbəb var. Azərbaycan sülh müqaviləsi üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi şərtini irəli sürür ki, imzalanacaq sülh müqaviləsinin hüququ əsası olsun. Ermənistan isə tez-tələsik müqaviləni imzalamaq, konstitusiya dəyişikliyi məsələsini isə gələn illərə saxlamaq istəyir. Ona görə də atkəsi pozmaqla dünya ictimaiyyətini Azərbaycana sülh imzalamaq üçün təzyiq etməsinə çalışır. Ermənistan təhlükəli oyun oynayır. Azərbaycanın kimsədən çəkinmədiyini hələ deyəsən anlamayıblar. Azərbaycanın şərtlərini yerinə yetirmək Ermənistan üçün əsas işdir. Sülh olmasa, Ermənistan adlı ərazi də olmaya bilər. Dünyanın indiki qaranlıq dövrə qədəm qoyan, güclünün istədiyini edə bildiyi məqamında Ermənistanın başına ağıl gəlsin ki, sabah gec olmasın”.
Seymur ƏLİYEV