Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bu barədə Ermənistan Respublikasının baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan sosial şəbəkədəki səhifəsində yazıb.
Xatırladılır ki, daha əvvəl baş nazir N.Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsinin razılaşdırıldığını və sənədi imzalamağa hazır olduğunu bildirmişdi.
Baş nazir Azərbaycan prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.
S.Laçın