Yuxunu normallaşdırmaq üçün BEŞ MƏSLƏHƏT 
Ekskluziv
364
19 Mar 2025 | 21:44

Yuxunu normallaşdırmaq üçün BEŞ MƏSLƏHƏT 

Yuxu həm gündəlik həyatımız, həm də fiziki və ruhi sağlamlığımız üçün kritik əhəmiyyətə malikdir. Əgər yatarkən həddindən artıq xoruldayırsanız, səhər yorğun oyanırsanız, yuxuya getməkdə çətinlik çəkirsinizsə və uzun müddət yatmağınıza baxmayaraq kifayət qədər yata bilmirsinizsə, yuxu pozğunluğundan da əziyyət çəkə bilərsiniz.
 
Moderator.az xəbər verir ki, rus mütəxəsissləri yuxunu normallaşdırmağa kömək edən beş tövsiyə verib.
 
İlk məsləhət həftə sonları "yatmağa" çalışmayın, iş günləri oyandığınız vaxtdan iki saatdan gec olmayaraq qalxın. Təxminən eyni vaxtda yatmaq orqanizmə “gündüz və gecənin harada olduğunu anlamağa” və müvafiq hormonlar istehsal etməyə kömək edir.
 
Mütəxəssis xəbərləri günün ikinci yarısında deyil, birinci yarısında izləməyi tövsiyə etdi, çünki “məlumat detoksu” daha yaxşı yuxu almağa imkan verir.
 
Ruslara həmçinin yuxusuzluğun, həmçinin narahatlıq və depressiyanın qarşısını almağa kömək edən müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunub.
 
Xüsusilə yaşlı ruslara axşam saatlarında kofein tərkibli məhsulların istehlakını məhdudlaşdırmaq və gün ərzində həddindən artıq yeməkdən çəkinmək tövsiyə olunur.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər