“Bu, hər şeydən öncə məsuliyyət və vicdan məsələsidir”
Ekskluziv
348
19 Mar 2025 | 21:38

“Bu, hər şeydən öncə məsuliyyət və vicdan məsələsidir”

“Hər bir istehsalçı öz işinə vicdan və məsuliyyətlə yanaşmalı, istehsal etdiyi məhsulun təmiz və keyfiyyətli olmasına xüsusi diqqət yetirməlidir”.

Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildirib. Professor qeyd edib ki, qida məhsullarının keyfiyyətli olması, onların istehsal və saxlanma şəraitinin standartlara uyğun şəkildə həyata keçirilməsi olduqca vacibdir:

“Qida məhsullarının keyfiyyəti insanların sağlamlığına bilavasitə təsir göstərən amillərdəndir. Bu baxımdan onların lazımi keyfiyyət və standartlara uyğun şəkildə istehsalı olduqca vacibdir. Ancaq təəssüflər olsun ki, bəzi hallarda bu sahədə ciddi qüsurlar, çatışmazlıqlar aşkarlanır. Bu faktlar göstərir ki, bəzi sahibkarlar bu məsələdə üzərlərinə düşən məsuliyyəti lazımınca dərk etmirlər. Halbuki, sadəcə qanun deyil, həm də əxlaqi-mənəvi baxımdan qida məhsullarının istehsalında vicdanlı münasibət ortaya qoymaq zəruridir.

Unutmaq olmaz ki, hər bir insanın nəzarətçisi, hakimi ilk növbədə onun vicdanı olmalıdır. Əgər məhsul istehsalçıları, qida sektorunda çalışanlar öz işlərinə vicdanla yanaşsalar, o zaman bu sahədə mövcud olan problemlər də əhəmiyyətli dərəcədə azalar”.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər