Bizi sosial şəbəkələrdən izləyin:
“Çanaqqalada döyüşən, şəhid olan Azərbaycan əsgərləri Türkiyədə daim ehtiramla anılır...”
“Eynilə biz də Azərbaycan xalqı olaraq 1918-ci ildə Bakının və digər ərazilərimizin azad olunması uğrunda şəhid olmuş Osmanlı Türkiyəsindən gəlmiş oğullar böyük sayğı və sevgi ilə yad edirik...”
“Dünyada, demək olar ki, Türkiyə və Azərbaycan xalqları arasındakı dərin qardaşlıq duyğusu, təmənnasız yardımlaşmaya nümunəni digər xalqlar arasında tapmaq mümkün deyil. Ümumiiyyətlə, deyim ki, XVIII yüzilliyin ortalarından bu günədək Qafqazda zaman-zaman sabitliyin yaranmasında Azərbaycan-Türkiyə dostluğunun müstəsna rolu olmuşdur. Biz bunu hər iki xalqın tarixindəki ağır dönəmlərdə çox aydın şəkildə görə bilirik. Belə məqamlar aarasında ən bariz nümunələrdən biri də Azərbaycan xalqının yetərincə çox sayda oğulları vasitəsilə I Cahan savaşı zamanı Çanaqqala döyüşündə ölüm-dirim savaşı aparan Türkiyə xalqına canıyla-qanıyla dəstək verməsidir”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz Çanaqqala zəfərinin 110 illiyindən bəhs edərkən söyləyib.
“Çanaqqala uğrunda döyüşən, şəhid olan Azərbaycan əsgərləri Türkiyədə daim ehtiramla anılır. Eynilə biz də Azərbaycan xalqı olaraq 1918-ci ildə Bakının və digər ərazilərimizin azad olunması uğrunda şəhid olmuş Osmanlı Türkiyəsindən gəlmiş oğulları böyük sayğı və sevgi ilə yad edirik. Hətta qəddar sovet rejimi dövründə belə, xalqımızın məlumatlı nümayəndələri qardaş Türkiyənin bu dəstəyini daim anırdı. Təbii ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra bu sevgi və sayğı ictimailəşdi, kütləviləşdi və birə min artdı. Və dünən də, bu gün də eyni sevgi və sayğını Türkiyə tərəfdən görürük və duyuruq”, - deyə davamında tarixçi vurğulayıb.