Bizi sosial şəbəkələrdən izləyin:
BDU-nun Rus dili kafedrasının rəhbəri, yazar və siyasi analitik Tahir Cəfərlinin rus dilində «Кунашир –остров раздора или берег Анаи» (“Kunaşir münaqişə adası və yaxud Anainin sahilidir”) adlı romanı çapdan çıxmışdır. Kitabda Sovet dövründə Kuril adalarında baş verən hadisələr öz əksini tapmışdır.
Bu haqda Moderator.az-a müəllifin özü məlumat verib.
Romanda Kunaşir adasına düşmüş azərbaycanlı gəncin gördükləri, onun yapon qızı ilə tanışlığı, adanın həqiqətən Yaponiyaya məxsus olduğunu göstərən tarixi abidələrin necə dağıdılmasından, yapon qızının öz Vətəninə və torpağına bağlılığından, münaqişəli adanın gələcək taleyinin necə olacağından ətraflı bəhs edilir.
Romanda baş verən hadisələr XX əsrin 70-ci illərinə aid olsa da, məlumdur ki, bu gün də Kuril adaları ilə bağlı Rusiya və Yaponiya arasında adaların qaytarılması ilə ciddi danışıqlar gedir. Romanın yazılış üslubu psixolinqvistik qanunlara arxalandığından oxucularda bu hadisələrdə iştirakçı təəssuratını yaradır.
S.Laçın