“Ermənistan elə bu il konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməlidir”
Ekskluziv
406
10:47, Bu gün

“Ermənistan elə bu il konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməlidir”

“Ermənistan elə bu il konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməlidir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, referendim seçkilərinin süni şəkildə uzadılmasına ehtiyac yoxdur:

“Ermənistan iddia edir ki, onlar konstitusiya ilə bağlı referendum seçkilərini 2026-cı ildə həyata keçirə bilər. Guya 2025-ci ildə belə bir seçkinin keçirilməsi mümkün deyil. Bu, əlbəttə cəfəngiyyatdır. Referendum keçirmək üçün 2026 və ya 2027-ci ili gözləməyə lüzum yoxdur. İrəvan həqiqətən də sülh sazişinin imzalanmasında maraqlı və səmimidirsə, o zaman referendum seçkilərini bu il reallaşdırmalıdır. Bu məsələdə bölgədə sülhün, sabitliyin təmin olmasını istəyən bütün dövlətlər maraqlı olmalıdırlar. Onlar da çalışmalıdırlar ki, Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı referendum seçkilərini bu il keçirsin və bununla da sülhə doğru daha bir addım atılmış olsun”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər