00:36
14°C
Bakı
Parlamentlərarası İttifaqın qadın deputatlarının Meksikada keçirilən birinci qlobal konfransı çərçivəsində Ermənistan parlamentinin deputatı Tatevik Qasparyan Türkiyə parlamentinin deputatları, parlament nümayəndə heyətinin rəhbəri Asuman Ərdoğan və nümayəndə heyətinin üzvü Mevlüt Karakaya ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
Görüş zamanı müxtəlif formatlarda parlament əlaqələrinin aktivləşdirilməsi imkanları, regional məsələlər, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ilə bağlı digər məsələlər müzakirə edilib.
S.Laçın