“Vaxtiylə bizə problem yaratmaq istəyənlərin özləri indi problem içərisindədir. Söhbət Fransa, Rusiya və ABŞ-dan gedir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Ermənistanı qızışdıraraq onu Azərbaycanla münaqişəyə sövq etmək istəyən bu dövlətlər indi kifayət qədər kritik günlər yaşayır:
“Ermənistanı qızışdıran bu dövlətlərdən Rusiya Ukraydana üzücü müharibə aparır və ciddi itkiləri var. ABŞ-da Tramp rejiminin yürütdüyü siyasət beynəlxalq miqyasda elə bir ajiotaj yaradılb ki, Cənubi Qafqaz Vaşinqtonun yadına da düşmür. Fransa da dənizaşırı ölkələr və eləcə də digər bölgələrdə xeyli problemlərlə üzləşib. İndi bu dövlətlərin əsas məqsədi üzləşdikləri problemlərdən minimum itki ilə çıxmaqdır. Bu isə o deməkdir ki, bu dövlətlərin Cənubi Qafqaza müdaxilə imkanları əhəmiyyətli dərəcədə azalıb. Ona görə də adıçəkilən dövlətlərin regionda vəziyyəti gərginləşdirmək səylərinin nəticə verəcəyinə inanmıram”.
Seymur ƏLİYEV