"Bədbəxt Tramp aldanıb və Putinin sayaqlamalarını bütün dünyaya yaymağa başlayıb..."
"Adətən Putin öz gölməçələrində tək oturur, amma bu dəfə o, yanına Trampı da əyləşdirib. Alınan mənzərə xoşagələn olmayıb, bir problem yaranıb".
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "@nevzorovtv" nəşrində yazıb.
"Məsələ ondadır ki, Putinin "Kursk vilayətində minlərlə mühasirəyə düşmüş Ukrayna ordusunun əsgərləri" barədə bəyanatları həmişəki boşboğazlığıdır və reallıqla heç bir əlaqəsi yoxdur.
Guya, "bütün tərəflərdən qapalı mühasirədə" rus orklarını darmadağın edən Ukrayna diviziyaları yalnız Putinin keçəlliyində mövcuddur.
Orada, üç tükün altında, bəli, sırf bir "qələbə", alov, ölülər və mərhəmət yalvarışlarıdır. Putinin özü isə zəfər arabasından onlara pirojkilər və rus pasportları səpələyərək, "nasistləri bağışlamağa" hazırdır.
Bütün bunlar çox "şirin" görünür, amma problem ondadır ki, bu apokaliptik mənzərəni Putinin kəlləsindən çıxarmağa hətta ən yaxşı neyrocərrahlar belə cəsarət etmir. Axı, məlum məsələdir ki, hallüsinasiya maddi deyil.
Nə Rusiyada, nə də Ukraynada bu sayıqlamalara ciddi yanaşan tapılmayıb, hamı Putinin həmişə və hər şey haqqında yalan danışmasına artıq alışıb.
Amma bədbəxt Tramp aldanıb və Putinin sayıqlamalarını bütün dünyaya yaymağa başlayıb. İndi isə "minlərlə mühasirəyə düşənləri" həyəcanlı bəşəriyyətə necəsə təqdim etmək lazım gələcək.
Ancaq onları haradan tapmaq olar sualı açıq qalır. Ukrayna ordusu geri çəkilən hissələri qoruyaraq Qoqolevka və Quyevoda mövqe tutur, amma orada heç bir "mühasirə"nin ətri belə hiss olunmur.
Nazir Belousova tapşırıq verilib ki, "bədbəxt izdihamları" aşkar etsin, "bu faktı sənədləşdirsin", videomateriallar hazırlasın və ümumiyyətlə, "hər şeyi təsdiqləsin" və dünyaya nümayiş etdirsin.
Bu isə həllolunmaz bir vəzifədir. Belousov nə qədər axmaq olsa da, hətta o da anlayır ki, vəziyyət, yumşaq desək, "tam fərqlidir".
Problemi həll etmək üçün Rusiya Müdafiə Nazirliyinin əsas intellektual qüvvələrini- Moskvalı Matronanın müqəddəs qalıqlarını işə salmalı oldular. Amma çürümüş qoca qadın da susur, cavab vermir".