Ekskluziv
297
15:55, Bu gün

"Rusiya atəşkəs danışıqlarını pozmaq üçün Ukrayna Silahlı Qüvvələri barədə yeni yalanlar yayır" - ISW

 
"Putin Ukrayna hərbçilərinin Kursk vilayətində mülki əhaliyə qarşı hərbi cinayətlər törətməklə bağlı əsassız ittihamlar irəli sürür..."
 
Rusiya diktatoru Vladimir Putin və onun rejimi Ukrayna hərbçilərini, guya, Kursk vilayətində hərbi cinayətlər törətməkdə ittiham edərək 30 günlük atəşkəs danışıqlarını pozmağa çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstututu (ISW) məlumat verib.
 
"Həqiqətə uyğun olmayan bu iddialar Kremlin Ukrayna ordusunu gözdən salmaq, Qərbin Ukraynaya dəstəyini zəiflətmək və ABŞ prezidenti Donald Trampın Putinə təklif etdiyi 30 günlük atəşkəs danışıqlarını pozmaq və ya uzatmaq cəhdləridir", - hesabatda deyilir.
 
Analitiklər qeyd edir ki, Putin, hakimiyyət yönlü şəxslər və dövlət mediası Ukrayna hərbçilərinin Kursk vilayətində, guya, hərbi cinayətlər törətdiyi barədə bəyanatları gücləndirib.
 
Martın 13-də ABŞ və Ukrayna arasında müvəqqəti atəşkəs təklifinə cavab olaraq, Putin "Ukrayna qüvvələri mülki əhaliyə qarşı çoxlu cinayətlər törətdikdən sonra Rusiya onlara Kursk vilayətindən çıxmağa icazə verməlidirmi?" sualını verib. Martın 14-də isə yenidən Ukrayna qüvvələrinin, guya, Kursk vilayətində "terror aktları" törətdiyini iddia edib.
 
Kursk vilayətinin müvəqqəti qubernatoru Aleksandr Xinşteyn Ukrayna qüvvələrini 2024-cü ilin avqustundakı işğaldan bəri hərbi cinayətlər törətməkdə ittiham edib, lakin bu ittihamların sayı 2025-ci ilin fevralından etibarən daha da artıb. Halbuki bu iddiaların heç bir əsaslı sübutu yoxdur.
 
Putin çox güman ki, bu narrativdən istifadə edərək Ukrayna qüvvələrini, Kremlin 2021-ci ilin sonu və 2022-ci ildə tammiqyaslı işğalı əsaslandırmaq üçün etdiyi kimi, Ukrayna qüvvələrini əsassız şəkildə "amansız hərbi cinayətkarlar" adlandıracaq və bu üsulla 30 günlük atəşkəs danışıqlarını pozmağa və ya gecikdirməyə çalışacaq.
 
"Rusiya ultramillətçi dairələri Putinin və dövlət mediasının Ukrayna hərbçilərinin, guya, hərbi cinayətlər törətdiyi barədə ittihamlarından istifadə edərək, Ukraynada atəşkəsdən imtina etməyə və döyüş meydanında Ukrayna qüvvələrinə qarşı amansız davranışı əsaslandırmağa çağırıb", - analitiklər bildirir.
 
Ukraynada atəşkəs: nələri qaçıra bilərdiniz?
 
Böyük Britaniya baş naziri Kir Starmer bəyan edib ki, Ukraynada atəşkəs haqqında sülh sazişinin bağlanması planları "operativ mərhələyə" keçib. Onun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putinin atəşkəsə münasibətdə "bəli, amma" yanaşması heç də yaxşı deyil.
 
Bundan öncə Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 3-cü Hücum Briqadasının komandir müavini Maksim Jorin vurğulayıb ki, hərbçilər atəşkəsin necə təmin ediləcəyini başa düşmür. O, əlavə edib ki, atəşkəslər zamanı elə bir gün olmayıb ki, Rusiya tərəfdən pozuntular qeydə alınmasın.
Link kopyalandı!
Son xəbərlər