“Səsimi batırıb ermənilərlə məni ləkələmək istədilər, amma...”-FOTO
Ekskluziv
439
14:09, Bu gün

“Səsimi batırıb ermənilərlə məni ləkələmək istədilər, amma...”-FOTO

“Ümumi götürəndə haqsızlıq çoxdur. Amma mənə olunan haqsızlıqlar o qədərdir ki.. Haqsızlıq görəndə məyus oluram. Öz-özümə sual verirəm ki, niyə görə axı belə olsun? O özünə bir növ haqsızlıq edir. Çünki Allahı aldatmaq olmaz. Bir az gec, bir az tez onun cavabını Allah özü verir. Çox haqsızlıq görmüşəm. Amma nə edəsən? Zəmanənin özü belədir. Bir də görürsən ki, sənətdən xəbəri olmayanlar at oynadır. Bunları görəndə pis oluram. Yenə də qurban olum Allaha, mən öz işimdəyəm. Allaha xoş olan işlər görürəm”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib. O daha sonra əlavə edib:
 
“Məni ləkələmək, dəfələrlə səsimi də batırmaq istədilər. Başqa-başqa pis yollara əl atdılar ki, aradan götürsünlər. Mən hər zaman Allahıma güvənmişəm, ona da inanıram. Kimsə mənə pislik etmək istəyibsə, sonunda özü çuxura düşüb. O vaxt bir görüntü yaydılar ki, guya erməni müğənnisi ilə duet oxumuşam. Bugünkü günə qədər də yüzlərlə, minlərlə erməni müğənni var ki, mənim yolumu ifa edirlər. Onlar mənimlə görüşməyə, ünsiyyət qurmağa can atırlar. Dəfələrlə olub ki, Moskvadan da təklif ediblər ki, ermənilər sənə qiymətlə əşya verib, pul xərcləmək istəyirlər. Əsla mən onu qəbul etməmişəm. Yadıma gəlmir ki, hansısa erməni ilə dostluq edib, onlarla görüşüm! Əsla! Allah şahiddir ki, mənim erməni tanışım olmayıb! Amma ermənilər məni sevirlərsə bu mənim günahımdır?” deyə sənətkar bildirib.
 
Tacir Şahmalıoğlu illərdir ona fəxri ad verilməməsini belə izah edib:
 
“Mən fəxri ada o qədər də can atan deyiləm. Adımı artıq xalqdan almışam. Rəsmi adım olmasa da xalq artistiyəm. Toylar olur ki, gəlininin ayağı altında yox, mənim ayağımın altında qurban kəsir ki, Tacir Şahmalıoğlu gəlib. Məni xalq sevir, amma aidiyyatı qurumlar mənə qiymət vermir. Heç bəlkə də yadlarına da düşmürəm. Yaxud da kimlərsə bu işi bilərəkdən pozurlar, onlar istəmirlər ki, mənə ad versinlər. Amma mən Allahımın qarşısında çox təmizəm. İndiyə qədər də yazıb-yaratdığım onlar üçün olub. 10 manat qazanmışamsa, 15 manat sənətimə xərcləmişəm. Heç sponsorum da olmayıb. Bilirəm ki, gələcək nəsil mənə rəhmət oxuyacaq. Bəzi insanlara da lənət oxunacaq ki, bu cür sənətkara niyə heykəl qoyulmayıb? Məni hər zaman gizlədiblər. Bu mənə qarşı ədalətsizlikdir. Deyim ki, gələcəkdə düzələcək? Nə qədər gələcək var ki? Bundan sonra 10 il yaşayaram da. Bu vaxta qədər düzəlmədisə, bundan sonra düzələcək? Üzümə gülən insanlar bu gün də məni gizlədirlər. Qızılı palçığa atsan da o qızıldır. Mən illər boyu bu sənəti püxtələşdirmişəm. Bu mənə Allah vergisidir. Oxumamış konservatoriyanı bitirmişəm. Düzdür, universitet bitirmişəm. Amma akademiya bitirənlər mənim yanımda danışa bilmirlər. Musiqi dəryadır, onun dərinliyinə heç kim çata bilməz. Mən də öz musiqi dünyamda bilmədiyim bir şey yoxdur” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər