“Trampı “KQB” şefi Kryuçkov
Ekskluziv
539
10:31, Bu gün

“Trampı “KQB” şefi Kryuçkov "kryuçok"a keçirib, SSRİ rəhbəri Qorbaçov isə şəxsən qəbul edib…”-General

“2013-cü ildə “Dünya gözəli” müsabiqəsi zamanı Trampla Putinin Moskvada gizli görüşü olub…”
 
Iki aya yaxındır ki, əndrəbadi, gözlənilməz və çox vaxt sərsəmlik təsiri bağışlayan çıxışlar və gedişlər edən ABŞ-nin hazırkı prezidenti Donald Trampın Rusiya xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etməsi haqda neçə illərdir ki, bir sıra məlumatlar səslənib.  Ancaq bu günədək  həmin mövzuda  tam əminliklə çıxış edən olmayıb. 
 
Bu yaxınlarda  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri, SSRİ “KQB”-nin 6-cı idarəsinin sabiq zabiti Əlnur Musayev 1987-ci ildə Trampın "KQB" tərəfindən “Krasnov” ləqəbi ilə əməkdaşlığa cəlb edilməsindən şəxsən xəbərdar olduğunu iddia etdi…
 
Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, düzdür, hazırkı Rusiya diktatoru V.Putinin də yetirməsi olduğu “KQB” əməkdaşlarının o boyda Birləşmiş Ştatların prezidentinin sovet dövründən bəri “KQB”-nin, deməli, indi isə “FSB”-nin və bütövlükdə Kremlin birbaşa təlimatı əsasında davrandığını söyləməsi bir az şübhəlidir. Çünki belə məlumatlar ABŞ dövlətinin, xüsusən də onun Mərkəzi Kəşfiyyat İdarəsinin  Rusiya kəşfiyyatı qarşısında çox aciz olduğunu meydana çıxarır və üstəlik, dünyada, xüsusən bu gün Ukraynaya dəstək durmalı olan Avropada, o cümlədən Moskvanın yenidən sərhədlərini rəsmən bərpa etməyi planladığı keçmiş SSRİ və postsosialist məkanında Rusiya-Putin xofunu daha da gücləndirir…
 
Bütün bunlara rəğmən Donald Tramp fenomeninin araşdırılmasının zəruriliyini və buna oxucuların marağını nəzərə alaraq Moderator.az həmin mövzuda daha bir materialı müzakirənizə buraxır: 
 
Martın 15-də Ukraynanın tanınmış aparıcısı Daşa Şastlivayanın “You Tube” kanalında çıxış etmiş Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı, general-leytenant, bir çox çağırışların xalq deputatı, Ukrayna Milli Qəhrəmanı Qriqori Omelçenko Trampın “KQB”-“FSB” agenti olması və hazırda Rusiya diktatoru Putinin birbaşa göstərişləri hərəkət etdiyinə əmin olduğunu iddia edir… 
 
General Omelçenkonun sözlərinə görə Donald Tramp hələ 1977-ci ildə, o zaman SSRİ-nin birbaşa təsiri altında olan Çexoslovakiyanın vətəndaşı İvana Zelniçkova(hazırda İvana Tramp) ilə evləndikdən sonra “KQB”-nin maraq dairəsinə düşüb. Onun ələ alınması istiqamətində ilk ciddi addımı isə 1986-cı ildə “KQB”-nin o vaxtkı rəhbəri Kryuçkov atıb. Onun göstərişi ilə SSRİ-nin BMT-dəki səfiri Yuri Dubinin həmin vaxt Nyu-Yorkda tanınmış tiikinti biznesmeni olan Trampla “təsadüfi” görüş təşkil edir. Bundan sonra Tramp sovet tərəfinin Moskvada düz Kremlin yaxınlığında hotel tikməsinə şərait yaratmaq vədinə əsasən xanımıyla birgə Moskvaya gəlir…  
 
2013-cü ildə “Dünya gözəli” müsabiqəsi zamanı Trampla Putinin Moskvada gizli görüşü olub… Həlledici addım isə Rusiya “FSB" direktoru, "SVR"  və "QRU" rəhbərlərinin 2018-ci ildə ABŞ-yə gələrək ona ittihamedici kompromat dəlilləri olan bir fleş-kart gətirmələri ilə baş tutub. Bununla da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti V.Putinin təsir agentinə çevrilib…
 
Daha ətraflı videoda:

S.Laçın

 
Link kopyalandı!
Son xəbərlər