Tramp sabah Putinlə danışacaq... -ÖZÜ DEDİ...
Ekskluziv
378
09:11, Bu gün

Tramp sabah Putinlə danışacaq... -ÖZÜ DEDİ...

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı - martın 18-də Rusiya diktatoru Putinlə danışmağı planlaşdırır.

Moderator.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. 

"Çərşənbə axşamı Putinlə danışacam. Həftə sonu çox iş görülüb", -Tramp "Air Force One" - prezident təyyarəsində jurnalistlərə belə deyib.

"Biz bu müharibəni bitirə bilib-bilməyəcəyimizi görmək istəyirik. Bəlkə edə bilərik, bəlkə də bacarmarıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var", - deyə o, əlavə edib.

Putin-Tramp görüşünün planlaşdırılması haqda...

"TSN"-in yazdığına görə, martın 16-da Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ  prezident Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında gələcək görüşə hazırlaşır. O əlavə edib ki, iki ölkə arasında əlaqələr saxlanılır, lakin bu hələlik dövlət başçıları səviyyəsində deyil.

Bundan əlavə, martın 13-14-də ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Bu görüşün nəticələri ilə bağlı  ABŞ "ehtiyatlı optimizm"dən bəhs edib.

ABŞ dövlət katibi Marko Rubio isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb. Onlar “Səudiyyə Ərəbistanında keçirilən görüşlərdən sonra atılacaq addımları müzakirə edib və ABŞ və Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər”.

Qərb mətbuatının yazdığına görə, Putinin Ukraynada atəşkəsə maraq göstərməməsi ABŞ üçün böyük problem yaradır. Eyni zamanda, Trampın Putini güzəştə getməyə məcbur etmək bacarığı da gözə dəymir...

S.Laçın

 

Link kopyalandı!
Son xəbərlər